“Yığışdırın, rədd edin bu turniri”
"Mançester Siti”nin baş məşqçisi Xosep
Qvardiola İngiltərə Futbol Assosiasiyasına müraciət edib.
Kaspi.az xəbər
verir ki, Pep İngiltərə Liqa kubokundan narazılığını bildirib. O, bu turnirin ləğv
edilməsini istəyir:
"Yığışdırın, rədd
edin bu turniri. Belə turnirlərin, oyunların sayı nə qədər az olacaqsa, keyfiyyət
də bir o qədər yaxşı olacaq.
İnsanlar bir
müddət futbolsuz yaşaya bilərlər. Yayda mövsümü bir qədər gec başlamaq olar.
Uzun müddət həftədə bir oyun keçiririk.
Və birdən hər
şey dəyişir. Həftədə 2-3 oyun keçirməli oluruq. Belə təqvim çox qəribədir”.
Qvardiolanın
"Siti”si üç mövsümün ikisində Liqa kubokunu qazanıb. Onun komandası cari
mövsümün ilk yarımfinal oyununda da "Mançester Yunayted”i səfərdə məğlub edib –
3:1.