• şənbə, 20 Aprel, 08:10
  • Baku Bakı 14°C

“Yevlaxlı Alik” öldü

17.07.14 17:18 1554
“Yevlaxlı Alik” öldü
Azərbaycanda məhbus ölüb. Hüquq müdafiəçisi Eldar Zeynalovun APA-ya verdiyi məlumata görə, ömürlük olaraq azadlıqdan məhrum edilmiş, Penitensiar Xidmətin Qobustan Həbsxanasında saxlanılan Məmmədov Əli Vəli oğlu vəfat edib.
Xərçəngdən əziyyət çəkən Ə. Məmmədov Penitensiar Xidmətin Müalicə Müəssisəsində ölüb. Xəbəri Ədliyyə Nazirliyi Tibb Baş İdarəsinin rəis müavini İftixar Qurbanov APA-ya təsdiq edib. O, qırtlaq xərçəngindən əziyyət çəkən məhbusun iyulun 12-də vəfat etdiyini bildirib.
Qeyd edək ki, 1961-ci il təvəllüdlü Məmmədov Əli Vəli oğlu (Yevlaxlı Alik) 2001-ci il mayın 18-də həbsə məhkum edilib. Onun adı Nizami Qocayev və digərləri ilə bağlı cinayət işində keçib.
banner

Oxşar Xəbərlər