AZE | RUS | ENG |

Yevlaxda avtomobil arxa düşüb, xəsarət alan var

Yevlaxda avtomobil arxa düşüb, xəsarət alan var
Yevlax rayonunda yol-nəqliyyat hadisəsi olub.
 
"Report"un Qərb bürosunun məlumatına görə, hadisə Qoyunbinəsi kəndində qeydə alınıb.
 
Hərəkətdə olan "Volkswagen" markalı avtomobilin idarəetmədən çıxaraq, yol kənarındakı arxa düşməsi nəticəsində 1 nəfər, Samux rayon sakini, 1997-ci il təvəllüdlü Elvin Mehdiyev xəsarət alıb. O, xəstəxanaya yerləşdirilib. Yaralının vəziyyətinin orta-ağır olduğu bildirilir. 
 
Hadisə zamanı avtomobildə olan digər 3 nəfər xəsarət almayıb.
Faktla bağlı araşdırma aparılır.  
 
Daha əvvəl Yevlax şəhərində piyadanın vurulması ilə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib.



Paylaş:

Facebook-da

Reklam

Xəbər lenti

Valyuta məzənnəsi

Tipi Ədə. Adı AZN