AZE | RUS | ENG |

Yevlaxda ata və oğul bıçaqlanıb

Yevlaxda ata və oğul bıçaqlanıb
Qəbiristanlıqda bıçaq yarası alan oğulun həyatını xilas etmək mümkün olmayıb


Yevlax rayonu ərazisində ağır qətl hadisəsi törədilib. DİN-in mətbuat xidmətindən «Kaspi»yə verilən məlumata görə, hadisə rayonun Hacıselli kəndi ərazisində baş verib. Mingəçevir şəhər sakinləri Eldar Qarayev və onun oğlu Rauf bıçaq xəsarətləri ilə xəstəxanaya gətiriliblər. Həkimlərin səylərinə baxmayaraq, Raufun həyatını xilas etmək mümkün olmayıb. Eldarın vəziyyəti isə orta-ağırdır. İlkin yoxlama prokurorluq, əməliyyat-axtarış tədbirləri Yevlax RPŞ tərəfindən aparılır. İlkin məlumatlara görə, hadisə Havarlı kənd qəbiristanlığında şəxsi münasibətlər zəminində törədilib. Ata və oğul adı hələlik açıqlanmayan şəxslə baş verən dava zamanı bıçaqlanıblar.

Paylaş:

Facebook-da

Reklam

Xəbər lenti

Valyuta məzənnəsi

Tipi Ədə. Adı AZN
USD 1 1 ABŞ dolları 1.7
EUR 1 1 Avro 1.9202
GEL 1 1 Gürcüstan larisi 0.631
GBP 1 1 İngiltərə funt sterlinqi 2.2177
IRR 100 100 İran rialı 0.004
SEK 1 1 İsveç kronu 0.1838
CHF 1 1 İsveçrə frankı 1.6833
KWD 1 1 Küveyt dinarı 5.5906
TRY 1 1 Türkiyə lirəsi 0.2949