Yevlaxda ata və oğul bıçaqlanıb

Yevlaxda ata və oğul bıçaqlanıb

Kriminal
27 Sentyabr 2012, 16:27 2288
Yevlax rayonu ərazisində ağır qətl hadisəsi törədilib. DİN-in mətbuat xidmətindən «Kaspi»yə verilən məlumata görə, hadisə rayonun Hacıselli kəndi ərazisində baş verib.
Mingəçevir şəhər sakinləri Eldar Qarayev və onun oğlu Rauf bıçaq xəsarətləri ilə xəstəxanaya gətiriliblər. Həkimlərin səylərinə baxmayaraq, Raufun həyatını xilas etmək mümkün olmayıb. Eldarın vəziyyəti isə orta-ağırdır. İlkin yoxlama prokurorluq, əməliyyat-axtarış tədbirləri Yevlax RPŞ tərəfindən aparılır. İlkin məlumatlara görə, hadisə Havarlı kənd qəbiristanlığında şəxsi münasibətlər zəminində törədilib. Ata və oğul adı hələlik açıqlanmayan şəxslə baş verən dava zamanı bıçaqlanıblar.