Yevlaxda ağır qəzada 1 nəfər öldü, ikisi xəsarət aldı
 
                        Yevlax şəhərinin ərazisində yol-nəqliyyat hadisəsi baş verib.
Daxili İşlər Nazirliyindən Trend-ə verilən məlumata görə, iyulun 25-də saat 21 radələrində Yevlax şəhərinin ərazisində Zərdab rayon sakini Ə.Əliyev idarə etdiyi "VAZ-2106” markalı avtomobili yol ayırıcısına vurub və idarəetməni itirdiyindən avtomobil Bərdə rayon sakini T.Vəliyevin idarə etdiyi "OKA” markalı avtomobilə çırpılıb. Nəticədə Ə.Əliyevin sərnişini 50-55 yaşlı kişi hadisə yerində ölüb, hər iki sürücü xəstəxanaya yerləşdiriliblər.
Baş İstintaq və Təhqiqat İdarəsi tərəfindən araşdırma aparılır.
                                            
         Bakı 9°C
 Bakı 9°C