“Yerli sortlara daha çox üstünlük verilir”
"Bu gün bazar tələbatı bitkinin gözəl görünüşünü tələb edir. Lakin nəzərə
almaq lazımdır ki, həm çoxillik, həm də birillik əkmələrdə bizim yerli
sortların dadı və keyfiyyəti daha yüksəkdir. Lakin alıcı bazarda məhsulun
görünüşünə daha çox diqqət yetirdiyinə görə bu gün bu sahədə işlər gedir və müvafiq yerli sortların
yaradılmasına diqqət daha da artırılır. Çünki bu sortlar ölkəmizin yerli
mühitinin biotik və abiotik faktorlarına qarşı uyğunlaşıb və mövcud sortlar
yerli mühitdə seçilərək yaradılıblar”. Bu sözləri
"Kaspi”yə müsahibəsində Kənd Təsərrüfatı
Nazirliyi Yanında Bitki Sortlarının Qeydiyyatı və Toxum Nəzarəti üzrə Dövlət
Xidmətinin rəisi Möhtəsim Əhmədov söylədi.
Müsahibimiz oxucular üçün maraqlı olan digər məsələlərə də aydınlıq gətirdi.
-Möhtəsim müəllim, kənd təsərrüfatının inkişafında toxumçuluq, yeni sortların toxumçuluğunun təşkili mühüm rol oynayır. Bu sahədə mövcud vəziyyəti necə dəyərləndirirsiniz?
- Dövlət başçısı tərəfindən 2015-ci ilin "Kənd təsərrüfatı ili” elan olunması dövlətin bu sahəyə olan qayğısının sübutudur. İlin əvvəlində çıxışı zamanı Prezident İlham Əliyev bundan sonra da kənd təsərrüfatının ölkə iqtisadiyyatında prioritet sahə olaraq qalacağını qeyd etdi. Toxumçuluğun inkişafına gəldikdə isə yeni sortların toxumçuluğunun təşkili burada mühüm rol oynayır. Kənd təsərrüfatı bitkilərindən yüksək məhsul əldə etməyin əsasını ilk növbədə yüksək məhsuldar sortların keyfiyyətli və sertifikatlı toxumlarından istifadə təşkil edir. Təkcə onu demək kifayətdir ki, yüksək potensiallı sortdan və onun keyfiyyətli toxumundan istifadə məhsuldarlığı 25-30 faizə qədər qaldırırsa, müvafiq aqrotexniki tədbirlərin görülməsi nəticəsində bu məhsuldarlığı 40 faizə qədər qaldırmaq olar. Ona görə də toxumçuluğun təşkili, yeni sortların yaradılması çox böyük əhəmiyyət kəsb edir.
Bitki sortlarının qeydiyyatı və toxumçuluq işinin səmərəli təşkili və effektivliyinin artırılması məqsədilə Azərbaycan Respublikası Prezidentinin 2014-cü il 3 oktyabr tarixli 761 nömrəli Sərəncamı ilə Respublika Dövlət Toxum Müfəttişliyinin, Seleksiya Nailiyyətlərinin Sınağı və Mühafizəsi üzrə Azərbaycan Respublikasının Dövlət Komissiyasının və Respublika Pambıq Toxumuna Nəzarət Stansiyasının əsasında Azərbaycan Respublikası Kənd Təsərrüfatı Nazirliyi yanında Bitki Sortlarının Qeydiyyatı və Toxum Nəzarəti üzrə Dövlət Xidməti yaradılıb.
Azərbaycan Respublikası Prezidentinin 2015-ci il 23 iyul tarixli 571 N-li Fərmanı ilə Kənd Təsərrüfatı Nazirliyi yanında Bitki Sortlarının Qeydiyyatı və Toxum Nəzarəti üzrə Dövlət Xidmətinin əsasnaməsi təsdiqlənib. Dövlət Xidmətinin əsas funksiyası yeni bitki sortlarını qeydiyyata almaq və toxumçuluğa nəzarət etməkdir. Bu funksiyaların həyata keçirilməsi üçün iki istiqamətdə - ilk növbədə yeni bitki sortlarının qeydiyyatı, ikincisi isə qeydiyyata alınmış sortların toxumçuluğunun təşkili və onların keyfiyyətli toxumlarının sertifikatlaşdırılması işləri aparılır. Hal-hazırda görülən bu işlər ardıcıl olaraq davam edir və bir sıra müvafiq addımlar atılıb. Belə ki, ölkədə sortların qeydiyyata alınması üçün 14 sort sınaq məntəqəsindən bəziləri birləşdirilərək 10 məntəqə, toxumların sertifikatlaşması üçün isə mövcud 56 laboratoriya ləğv olunub və əvəzinə 12 müasir avadanlıqla təmin olunmuş regional laboratoriya yaradılıb. Qeyd edim ki, yeni yaradılan laboratoriyalarda toxumların keyfiyyətinə nəzarət daha da artacaq.
- Geni dəyişdirilmiş bitki sortlarının ölkəyə idxalının qarşısını necə almaq olar?
- "Seleksiya nailiyyətləri haqqında" və "Toxumçuluq haqqında" Azərbaycan Respublikasının qanunlarına uyğun olaraq, ölkəyə geni dəyişdirilmiş orqanizmlərin toxumlarının gətirilməsi birmənalı şəkildə qadağandır. Lakin burada bəzi istisna hallar da var. Belə ki, gen mühəndisliyi əsasında alınmış bitki toxumlarının (genetik dəyişdirilmiş və ya genetik modifikasiya edilmiş orqanizmlərin) Azərbaycan Respublikasına idxalına icazə verilmir. Bu toxumların gətirilməsinə yalnız Azərbaycan Respublikasının Nazirlər Kabinetinin müəyyən etdiyi müstəsna hallarda və qaydada yol verilə bilər.
- Yerli məhsulların dadı əla olsa da, standartlara uyğun görünüşü yoxdur. Azərbaycanda müvafiq standartlara uyğun və məhsuldarlığı yüksək olan sortların toxumu niyə məhduddur?
- Bu gün bazar tələbatı bitkinin gözəl görünüşünü tələb edir. Lakin nəzərə almaq lazımdır ki, həm çoxillik, həm də birillik əkmələrdə bizim yerli sortların dadı və keyfiyyəti daha yüksəkdir. Lakin alıcı bazarda məhsulun görünüşünə daha çox diqqət yetirdiyinə görə bu gün bu sahədə işlər gedir və müvafiq yerli sortların yaradılmasına diqqət daha da artırılır. Çünki bu sortlar ölkəmizin yerli mühitinin biotik və abiotik faktorlarına qarşı uyğunlaşıb və mövcud sortlar yerli mühitdə seçilərək yaradılıblar. Dövlət reyestrində qeydiyyata düşən yerli ənənəvi sortların xarici görünüşünün müvafiq qaydada getdikcə bərpa olunması istiqamətində seleksiya işləri aparılır. Dad keyfiyyətinə gəldikdə isə deyə bilərəm ki, Azərbaycanda yetişən meyvələr dünya bazarında ən yüksək səviyyədə mövqe tutur.
-Bu sahədə görünüş böyük rol oynayır. Olmazmı ki, tərkibini saxlamaqla məhsulun görünüşünü dəyişsinlər? Çünki təbii meyvələrin üzərində kiçik çillər olur, onlar solğun şəkildə görünür. Belə olan halda müştəri həmin məhsullara diqqət yetirmir.
- Təbii ki, məhsulun görünüşü böyük rol oynayır. Məsələn, biz dünya praktikasına baxsaq, görərik ki, mayalanmadan sonra məhsulun formalaşmağa başladığı vaxtda bir çox ölkələrdə intensiv bağçılıqda onun üzərinə tor çəkilir ki, hər hansı bir zədə ona təsir etməsin. Təbii ki, Azərbaycanda da bu istiqamətdə xeyli işlər aparılır. Bu gün Azərbaycanın dünya bazarına brend kimi çıxardığı bir sıra məhsullar yaxşı qiymətə satılır. Bu istiqamətdə seleksiya işləri gedir. Əslində mənim fikrimcə, məhsulun üzərində olan çillər, müxtəlif ləkələr, rəngin dəyişməsi məhsulun keyfiyyətinə təsir etmir. Əksinə, bu, həmin məhsulun dadından və keyfiyyətindən xəbər verir. Dadlı, keyfiyyətli olan məhsula da qurd daha tez düşür.
- Azərbaycana əsasən hansı ölkələrdən toxum gətirilir?
- Azərbaycan bu gün dünyaya inteqrasiya etdiyinə görə ölkəmizə istənilən ölkələrdən toxum gətirmək mümkündür. Lakin bu şərtlə ki, həmin bitki sortları dövlət reyestrində qeydiyyatdan keçmiş olsun. Azərbaycana tərəvəz, qarğıdalı toxumları gətirilir. Bunlar əsasən qardaş ölkə Türkiyədən, qismən də Avropadan gətirilir. Bundan başqa, Hollandiyadan ölkəmizə tərəvəz toxumları gətirilir. Meyvə bitkilərinin tingləri əsasən Türkiyədən, Fransadan, İtaliyadan və s. ölkələrdən gətirilir. Müşahidələrimiz göstərir ki, artıq yerli sortlara daha çox üstünlük verilir. Ona görə də yerli sortların keyfiyyətinin və məhsuldarlığının qaldırılması istiqamətində bir sıra işlər gedir.
-Xaricdən gətirilən sortların toxumlarının daha məhsuldar olduğu bildirilir. Sizin fikrinizcə, bu, nə dərəcədə düzgündür?
- Xarici ölkələrdən meyvə və tərəvəz toxumları gətirən şirkətlərin şəraitləri daha yüksək olduğuna görə daha məhsuldar sortlar əldə edirlər. Mənim fikrimcə, Azərbaycanda əsasən tərəvəzçilikdə, tərəvəz bitkilərinin toxumlarında müəyyən problemlər var. Gələcəkdə yerli sortlardan istifadə etməklə yeni sortlar yaradaraq onların rəqabətə davamlılığını artırmaq istəyirik. Yaradılan yeni sortlar həm məhsuldarlığına, həm də keyfiyyətinə görə digərlərindən üstün olacaq.
-Bitkiçilik və meyvəçilikdə hansı yerli sortlar xarici bazarda rəqabətə davamlıdır?
- Bizim bitkiçilik sahəsində bir çox qədim və yeni yaradılmış sortlarımız var ki, onlar dad və keyfiyyətinə görə xarici bazarda böyük üstünlük təşkil edirlər. Məsələn, almanın, narın yeni yaradılan yerli sortları var ki, onların dad keyfiyyəti çox əladır. Sadəcə, bu sortların üzərində bəzi seleksiya və aqrotexniki tədbirlər aparılmalıdır ki, bu sortlar həm tez məhsula düşsün, həm də gözəl xarici görünüşü ilə alıcını cəlb etsin. Bağçılıqda əsasən biotexnoloji yolla alınan calaqaltılarından istifadə edilir. Adi calaqaltından istifadə edərkən, misal üçün, almanı götürsək, o, 6-7 ilə məhsula düşürsə, bu gün mövcud vegetativ calaqaltılarından istifadə etməklə 3-4-cü ildə bitki artıq məhsula düşür. Bundan başqa, məhsulun keyfiyyətinin yaxşılaşdırılması istiqamətində də bəzi işlər aparılmalıdır.
Şəbnəm Mehdizadə

- Hazırda bu sahədə
hansı perspektivlər və problemlər var?
- Bu sahədə mövcud olan əsas
problem həmin laboratoriyaların maddi-texniki bazasının zəif olması idi.
Artıq bu laboratoriyaların fəaliyyətinin
gücləndirilməsi üçün müəyyən addımlar atılıb. İlk növbədə həmin regional toxum
nəzarəti laboratoriyalarının maddi-texniki bazasının gücləndirilməsi ölkədə
görülən işlərin keyfiyyətindən xəbər verir.
Azərbaycan bu işləri beynəlxalq təşkilatların standartlarına uyğun şəkildə
aparmaq üçün çalışır. Qeyd edim ki, Azərbaycan 2004-cü ildən bəri Yeni Bitki Sortlarının Qorunması üzrə Beynəlxalq
Birliyin (UPOV) üzvüdür. Bundan başqa,
toxumların keyfiyyətinə nəzarət etmək
üçün Abşeronda beynəlxalq standartlara uyğun olan toxum laboratoriyası yaradılır və bu laboratoriyanın
funksiyası beynəlxalq standartlara uyğun
sertifikatlar verməkdir. Əgər beynəlxalq
standartlara uyğun sertifikatlar verilməzsə,
toxum ixracı mümkün olmaz. Çünki
heç bir ölkə beynəlxalq
standartlara uyğun sertifikatı
olmayan toxumları qəbul etmir. Görülən bu tədbirlərin nəticəsində biz yaxın gələcəkdə
müəyyən bitkilərin toxumlarının ixracına nail olacağıq. Bundan sonra beynəlxalq standartlara uyğun
sertifikatlaşmış toxumlar istehsal edərək digər ölkələrə toxum sata biləcəyik. - Geni dəyişdirilmiş bitki sortlarının ölkəyə idxalının qarşısını necə almaq olar?
- "Seleksiya nailiyyətləri haqqında" və "Toxumçuluq haqqında" Azərbaycan Respublikasının qanunlarına uyğun olaraq, ölkəyə geni dəyişdirilmiş orqanizmlərin toxumlarının gətirilməsi birmənalı şəkildə qadağandır. Lakin burada bəzi istisna hallar da var. Belə ki, gen mühəndisliyi əsasında alınmış bitki toxumlarının (genetik dəyişdirilmiş və ya genetik modifikasiya edilmiş orqanizmlərin) Azərbaycan Respublikasına idxalına icazə verilmir. Bu toxumların gətirilməsinə yalnız Azərbaycan Respublikasının Nazirlər Kabinetinin müəyyən etdiyi müstəsna hallarda və qaydada yol verilə bilər.
- Məhsuldarlığı çox olan yerli sortlar
yaradılırmı?
- Yeni sortların yaradılması, ümumiyyətlə, böyük bir zəncirdir. Bu
proses seleksiya prosesi adlanır. Seleksiyanın ilkin mərhələlərində valideynlər
seçilməli, hibridləşməlidir. Daha sonra ardıcıl
seçmələr nəticəsində yeni sortlar yaradılır. Ölkəmizdə bu istiqamətdə
müvafiq elmi tədqiqat institutlarında işlər gedir və yeni sortlar yaradılaraq
bizə təqdim olunur. Bundan sonra həmin sortlar müvafiq məntəqələrimizdə
sınaqdan keçirilir, onların məhsuldarlığı, biotik və abiotik faktorlara
davamlılığı yoxlanıldıqdan sonra dövlət reyestrində qeydiyyata salınır. Bundan
sonra həmin sortların toxumçuluğu təşkil
edilir. Bu proses elə bir zəncirdir ki, əgər
bu zəncir qırılarsa, yeni sortların yaradılması prosesi dayanır. Misal üçün taxılçılıqdan nümunə götürək. Taxılçılıqda
bir sortun yaradılması 12-15 ilə başa gəlir. Çoxillik bitkilərdə isə bu, daha
uzunmüddətli bir prosesdir. Belə ki, yaradılmış yeni çoxillik bitkinin sortu
tam məhsula düşdükdən sonra onu yoxlayır
və qeydiyyata alırıq. Bu baxımdan Kənd Təsərrüfatı Nazirliyi tərkibində olan
institutlarda da bir sıra mühüm işlər görülür. Məsələn, bu gün Tərəvəzçilik
Elmi Tədqiqat İnstitutunda yeni xəstəlikdən azad kartof toxumçuluğunun təşkili
üçün müvafiq laboratoriyalar yaradılır.
Həmçinin üzümçülük, taxılçılıq, bağçılıq istiqamətində də müvafiq işlər davam
etdirilir. - Yerli məhsulların dadı əla olsa da, standartlara uyğun görünüşü yoxdur. Azərbaycanda müvafiq standartlara uyğun və məhsuldarlığı yüksək olan sortların toxumu niyə məhduddur?