• çərşənbə, 24 Aprel, 01:14
  • Baku Bakı 14°C

Yerli istehsalın təşkilinə və idxalın məhdudlaşdırılmasına ehtiyac var - Hər il 100 milyon manat ölkədən çıxır

16.09.21 14:46 393
Yerli istehsalın təşkilinə və idxalın məhdudlaşdırılmasına ehtiyac var - Hər il 100 milyon manat ölkədən çıxır
"Azərbaycana idxal edilən benzinin qiymətlərində artımın qarşısının alınması üçün həmin marka yanacaqların yerli istehsalının daha qısa zamanda təşkili vacibdir. Dövlət Neft Şirkəti 2021-ci ildə Avro-5 standartına cavab verən dizel, 2022-ci ildə uyğun keyfiyyətdə benzin yanacağı istehsalını hədəfləsə də hələlik ölkəmizdə yalnız Aİ-92 markalı benzin və dizel email olunur.Avro-5 standartına uyğun benzin istehsalı bir tərəfdən "Aİ 95” və "Aİ 98” markalı benzinin qiymətinin optimallaşmasına və onun xarici bazarla əlaqəsinin kəskin azalmasına, digər tərəfdən isə idxal nəticəsində ölkədən valyuta axının qarşısını alınmasına səbəb ola bilər".
Kaspi.az xəbər verir ki, bu barədə iqtisadçı millət vəkili Vüqar Bayramov bildirib.
O qeyd edib ki, cariilin birinci yarısında Azərbaycan xaricdən 52 milyon 213 min dollar (88 milyon 763 min manat) dəyərində 75 min 407 ton "Aİ-95" ("Premium") markalı benzin idxal edib. Onun sözlərinə görə, bu, həmin müddətdə idxal olunan bənzinin həcminin 2 dəfə, dəyərinin isə 2,3 dəfə artması deməkdir: "Avro-5 standartına uyğun benzin əsasən Rusiya və Ruminyadan idxal olunub. Belə ki, idxal edilən benzinin 60 faizdən çoxu şimal qonşumuzun payına düşüb. Bu məhsul idxalına görə, bu ilin ilk yarısında Rusiyaya 31 milyon 343 min dollar, Ruminyaya isə 18 milyon 180 min dollar ödəmişik.2020-ci ildə Azərbaycan 58 milyon 615 min dollar (99 milyon 646 min manat) dəyərində "Aİ-95" benzini idxal edib. Bu əvvəlki il ilə müqayisədə həcm ifadəsində 80,3%, dəyər ifadəsində isə 44,2% çox olub. Rəsmi rəqəmlərdən göründüyü kimi, Avro-5 standartına uyğun benzininyerli istehsalının olmaması və idxalı nəticəsində hər il 100 milyon manata yaxın valyuta ölkədən çıxır. Yerli istehsalın təşkil edilməsi həmin vəsaitin ölkədə qalmasına imkan verə bilər".
Millət vəkili hesab edir ki,idxal olunan yanacağın qiymətlərinin optimallaşması və qiymət artımlarını qarşısının alınması üçün daha qısa zamanda yerli istehsalın təşkil edilməsi və idxalın məhdudlaşdırılmasına ehtiyac var. V.Bayramov deyib ki, neft istehsalçısı və ixracatçısı olan Azərbaycanda bunun daha qısa zamanda təşkil edilməsi xammal və texnoloji baxımdan hər hansı çətinlik yaratmır.
Alpər TURAN
banner

Oxşar Xəbərlər