AZE | RUS | ENG |

Yeri gələndə danışmamaq da axmaqlıqdır

Yeri gələndə danışmamaq da axmaqlıqdır
İkram Rəhimov kimilərinin dilinə də qandal vurulmalıdır

"Yersiz danışmaq axmaqlıq olduğu kimi, yeri gələndə danışmamaq da axmaqlıqdır”. Sədi Şirazinin bu ibrətamiz fikrini yazıya proloq kimi seçməyimin bir səbəbi var, əlbət. Ötən ilin oktyabrında "Realliq.info” saytının rəhbəri İkram İsrafilovun həbs olunduğu barədə məlumat yayıldı. Dövlət Təhlükəsizlik Xidmətinin yaydığı məlumatda bildirilirdi ki,  "Realliq.info” informasiya saytının baş redaktoru İkram Rəhimovun hədə-qorxu ilə pul tələb etdiyi barədə ayrı-ayrı şəxslərin şikayətləri DTX-də araşdırılıb. Məhkəmə qərarı əsasında aparılan əməliyyat tədbirləri ilə onun müvafiq əməlləri qeydə alınıb, hədə-qorxu ilə tələb etmə cinayət əməllərində şübhəli şəxs kimi saxlanılaraq, barəsində məhkəmə tərəfindən həbs qətimkan tədbiri seçilib. Bax, Sədi Şirazinin "yersiz danışmaq axmaqlıqdır” fikri bu məqamda elə aktuallaşdı ki... İkram İsrafilovu "azad sözün, demokratik mətbuatın” nümayəndəsi kimi təqdim edib, onun həbsini söz azadlığına təhdid kimi qiymətləndirən "demokratbazlar” peyda oldu. Həmin vaxt bu "demokratbazlar”ın yadına İkram İsrafilovun hələ 2016-cı ildə məhz böhtana görə məsuliyyətə cəlb edilib və 1 il müddətinə azadlıqdan məhrum olunduğu düşmürdü. Çünki məqsəd söz  azadlığını müdafiə etmək yox, sözün başına ip salmaq idi. Və bunu o adamlar edirdilər ki, onlar zaman-zaman həm də "reket jurnalistika”nın varlığından narahatlıqlarını da bildirmişdilər. Amma elə bu reketlərdən biri həbs olunarkən, narahatlıqları özünü başqa prizmada büruzə verdi. Hətta bəzi "insan hüquqları dəllalları” və "azad mətbuat carçıları” daha da irəli gedərək, onun həbsinin siyasi mahiyyət daşıdığını iddia etdilər. Yersiz danışmağın onları axmaq yerinə qoymasının fərqinə varmadan belə. İndi isə yeri gələndə danışmağın vaxtını bilənlərin məqamıdır. Çünki danışmasaq, axmaq yerində qalmış olarıq. Və nəhayət,  indi yersiz danışaraq axmaq duruma düşənlərin susması məqamıdır. Əlbəttə, düşdükləri durumun mahiyyətini dərk etməyə idrakları çatırsa. Onların "sözün müdafiəçisi” hesab etdikləri şəxs ötən illər ərzində ayrı-ayrı şəxslər barəsində böhtan xarakterli və rüsvayedici məlumatları mütəmadi olaraq mətbu orqanlarda dərc etdirib dayandırılması müqabilində vətəndaşlardan külli miqdarda pul tələb edirmiş, bu üsulla müxtəlif idarə və təşkilatlarda çalışan şəxslərdən, sahibkarlardan dövri haqq toplayırmış. Və bütün bu faktlar Dövlət Təhlükəsizliyi Xidmətinin yaydığı lent yazısında qulağı deşir axı... "Biz o səkilləri-zadı Sadiq müəllimin xahişi ilə dərc etmədik, dedi ki, müəllimlə əlaqə saxlayın”. "Sən ona zəng et, de ki, beş etsin, iki nədir, o qədər faktın qabağında. Qardaş canı, o boyda faktın qabağında iki heç nədir. Qardaşlıq edirəm də mən. Gördünüz nə etdim? Zəng etdim, dedim”. "Denən, İkram müəllimin dostuyam, 500 manat versin. Az versə, götürmə”. Burda çəkiliş də olub ey, 3 dənə ilə yola vermək olmur”. "200 dollar verib, bir də 160 manat. Hesabla də”. İ.Rəhimovun əməlləri ilə bağlı həbs olunanadək Mətbuat Şurasına edilən şikayətlərin sayı-hesabı olmayıb. Hər şikayətlə bağlı da ona xəbərdarlıq edilib, lakin yenə də bu şəxs öz əməllərindən nəinki geri çəkilib, hətta Mətbuat Şurasının özünü belə hədəfə alıb. İ.Rəhimov yaratdığı "saytlar şəbəkəsi” vasitəsilə öz ağlına uyğun "gizli lent yazısı" hazırlayaraq Mətbuat Şurasını ifşa edən ciddi faktlar ortaya qoyacağı ilə bağlı təhdidlər edirmiş. Onun təxəyyülündəki jurnalistika fərqli olub. Nə qanunlara, nə də peşə kodeksinə aidiyyatı olmayıb. Anlaşılmayan bir məqam həm də ondan ibarətdir ki, İ.Rəhimov həbs olunmazdan əvvəl "Turan” İnformasiya Agentliyinin direktoru Mehman Əliyevə zəng edib və onun ofisində olub. M.Əliyevin Mətbuat Şurasına qarşı cəbhə açması və onu mütəmadi hədəfə alması heç kimə sirr deyil. Şuranın "qara siyahı”nın "fəxri üzvü” olan İkram Rəhimovun da eyni mövqedə olması bu insanların "əqidə” yaxınlığını təzahürü deyil, nədir? Söz və mətbuat azadlığını bunca urvatsız etmək bir yana, ən urvatsızı isə belə birini azad sözün təmsilçisi kimi təqdim etməkdir yəqin. Belə olmasaydı, "söz və mətbuat azadlığı”nı əlində süngü kimi tutanlar niyə bu fakta ədalətli münasibət göstərməsinlər ki? Yəni bundan sonra da ağızları köpüklənə-köpüklənə "söz azadlığında danışmağa ancaq bizim haqqımız var” deyəcəklər? Yersiz danışıb, özünüzü axmaq yerinə qoymayın! Həm də bilin ki, yeri gələndə danışmamaqla, haqqı deməməklə həm də axmaq yerinə qoyursunuz özünüzü.   AZAD         

Paylaş:

Facebook-da

Reklam

Xəbər lenti

Valyuta məzənnəsi

Tipi Ədə. Adı AZN
USD 1 1 ABŞ dolları 1.7
EUR 1 1 Avro 1.8968
GEL 1 1 Gürcüstan larisi 0.6294
GBP 1 1 İngiltərə funt sterlinqi 2.1937
IRR 100 100 İran rialı 0.004
SEK 1 1 İsveç kronu 0.1803
CHF 1 1 İsveçrə frankı 1.6664
KWD 1 1 Küveyt dinarı 5.5853
TRY 1 1 Türkiyə lirəsi 0.2888