• şənbə, 20 Aprel, 15:50
  • Baku Bakı 23°C

Yerevanda silahlıların tələbi: Hakimiyyət istefa versin!

17.07.16 12:06 824
Yerevanda silahlıların tələbi: Hakimiyyət istefa versin!
Ermənistanda bir qrup silahlı şəxs polisin post-patrul xidməti alayını ələ keçirib və hakimiyyətin istefasını tələb edir. Bu barədə Trend TASS-a istinadən xəbər verir. Lakin hələ rəsmi məlumat verilmir.
Hüquq-mühafizə orqanlarının məlumatına görə, xəsarət alanlar da var.
Müxalif qruplaşmanın bəyanatında deyilir ki, cinayətkar qrupun təşkilində təqsirləndirilərək iyunun 20-də həbs olunan müxalifət nümayəndəsi Jirayr Sefilyanın tərəfdarları "Ermənistanda vəziyyəti dəyişmək niyyətində” olduqlarını elan edirlər.
Qeyd olunur: "Biz artıq Yerevanda polisin əsas bazalarından birini ələ keçirmişik və paytaxtın cənubundakı Erebuni məhəlləsinə nəzarət edirik”.
banner

Oxşar Xəbərlər