• çərşənbə, 24 Aprel, 10:27
  • Baku Bakı 13°C

Yerevanda saxlanılan nümayişçilərin sayı 62-ə çatıb

21.04.18 15:40 447
Yerevanda saxlanılan nümayişçilərin sayı 62-ə çatıb
Yerevanda Serj Sarkisyanın baş nazir seçilməsinə qarşı keçirilən etiraz aksiyalarında saxlanılanların sayı 62-ə çatıb.
Trend-in "RİA Novosti"yə istinadən məlumatına görə, bu barədə Ermənistan polisinin ictimaiyyətlə əlaqələr və informasiya idarəsinin rəisi Aşot Aqaronyan deyib:

"Hazırda Yerevanın polis bölmələrində 62 nəfər saxlanılır".
Qeyd edək ki, aprelin 13-dən Yerevanda müxalif deputat Nikol Paşinyanın rəhbərliyi ilə Serj Sarkisyanın baş nazir seçilməsinə qarşı etiraz aksiyası keçirilir. Etirazlar zamanı polislə aksiya iştirakçıları arasında qarşıdurmalar yaşanıb.

banner

Oxşar Xəbərlər