• şənbə, 27 Aprel, 00:33
  • Baku Bakı 14°C

Yerevanda insanlar “Müharibəyə yox!“ deyərək küçələrə axışdı

08.08.14 14:37 927
Yerevanda insanlar “Müharibəyə yox!“ deyərək küçələrə axışdı
Bu gün səhər tezdən Yerevanda "Müharibəyə yox!" şüarı altında vətəndaş təşəbbüsü yürüşü keçirilib. Bu barədə Trend Ermənistan KİV-nə istinadən xəbər verir. Yürüş iştirakçıları Respublika meydanından Xarici İşlər Nazirliyinin binasına, sonra Rusiya səfirliyinə və daha sonra Azadlıq meydanına doğru hərəkət ediblər.
Aksiyanın təşkilatçıları hesab edirlər ki, Ermənistan-Azərbaycan qoşunlarının təmas xəttində yaranmış gərginlik üçün Ermənistana rəhbərlik edən və regiona təsiri olan rejim məsuliyyət daşıyır. Aksiya iştirakçıları bildiriblər ki, həmçinin Qarabağ münaqişəsi zonasında gərginliyin artmasına görə problemin həlli ilə məşğul olan ATƏT-in Minsk qrupu da məsuliyyət daşıyır. Onların sözlərinə görə, ünvansız bəyanatlarla çıxış etməkdənsə, Minsk vasitəçiləri qan tökülməsinin qarşısının alınması istiqamətində konkret addımlar atmalı, eləcə də snayperləri Ermənistan-Azərbaycan qoşunlarının təmas xəttindən götürməlidirlər. Daha sonra aksiya iştirakçıları münaqişə tərəflərinin vətəndaş cəmiyyətlərini birləşməyə və problemin dinc yolla həllini tapmaq məqsədilə ictimai debatlar aparmağa çağırıblar.
Qeyd edək ki, bundan əvvəl də Ermənistanda müharibə əleyhinə mitinqlər təşkil edilmişdi. Bütün bunlar göstərir ki, Azərbaycan Ordusunun erməni təxribatına verdiyi tutarlı cavab, o cümlədən Azərbaycan Prezidenti İlham Əliyevin Ağdama səfəri zamanı verdiyi sərt bəyanatlar Ermənistan cəmiyyətinin ciddi narahatlığına səbəb olub. Artıq onlar ölkələrinin Azərbaycan qarşısında duruş gətirə bilməyəcəyini, müharibə başlayarsa, onsuz da sosial problemlər içərisində boğulan, iqtisadiyyatı məhv olmuş, müstəqilliyini itirmiş Ermənistanın mövcudluğunun təhlükə qarşısında qalacağını dərk edirlər.
Bundan əlavə, son hadisələr bir daha göstərir ki, Ermənistan hakimiyyəti ilə cəmiyyəti arasında heç bir vəhdəd, heç bir anlayış yoxdur, insanlar terrorçu Serj Sarkisyan hakimiyyətini qəbul etmir.
banner

Oxşar Xəbərlər