• çərşənbə axşamı, 23 aprel, 21:41
  • Baku Bakı 20°C

Yerevanda çörəyin qiyməti qalxıb

07.08.18 12:39 349
Yerevanda çörəyin qiyməti qalxıb
Ermənistan paytaxtının bəzi mağazalarında bir kiloqram çörəyin qiyməti 10 dram (0,02 ABŞ dolları) miqdarında artıb, digər un məmulatlarının qiymətində isə 20 dram (0,04 dollar) artım olub.
Bu barədə "Report" "Sputnik"ə istinadən xəbər verir.
Şəhərin bəzi mağazalarında isə çörəyin qiyməti dəyişməz qalıb, lakin bəzi növ un məmulatlarının qiyməti artıb. İstehsalçılar bunu unun qiymətinin artması ilə izah ediblər.
Eyni səbəbdən Nor Nork rayonundakı mağazaların birində zavod çörəyinin qiyməti qalxıb. Özəl çörəkbişirmə sexləri çörəyi köhnə qiymətə satır.
Ermənistanda İqtisadi Rəqabətin Qorunması üzrə Dövlət Komissiyasından isə bazarda unun qiymətinin qalxmadığına dair məlumat verilib.
banner

Oxşar Xəbərlər