• cümə axşamı, 28 mart, 22:03
  • Baku Bakı 13°C

Yerevanda andiçmə şousu

09.04.18 19:31 829
Yerevanda andiçmə şousu
Ermənistandakı hərbi xunta hakimiyyətini uzatmaq üçün aprelin 9-da növbəti şou mərasimi düzənləyib. Parlamentin xüsusi iclasında, 2015-ci ildə qəbul olunmuş ölkə konstitusiyasına əsasən, parlamenti tərəfindən Ermənistan prezidenti seçilmiş Armen Sarkisyanın andiçmə mərasimi keçirilib. Prezident vəzifəsini qəbul edən Armen Sarkisyan Ermənistan Konstitusiyası və VII əsr İncili üzərinə and içib. Dövlət və mənəvi simvollar Ermənistan prezidenti iqamətgahından andiçmə mərasimi keçirilən Karen Demirçiyan adına idman-konsert kompleksinə aparılıb. Yeni Konstitusiya ölkənin parlament idarəçilik üsuluna keçməsini nəzərdə tutur. Bunun ilk mərhələsi aprelin 9-da Armen Sarkisyanın vəzifəyə gəlməsindən başlayır.
Müxalifət liderləri Serj Sarkisyanı baş nazir postuna keçməyə çalışmaqda, hakimiyyəti əlində saxlamağa çalışmaqda suçlayırlar.
Konstitusiya dəyişikliyindən sonra prezidentin veto qoymaq səlahiyyəti əlindən alınıb və o, ümumxalq səsverməsində deyil, hər yeddi ildən bir parlament tərəfindən seçilir. Başqa sözlə desək, bu post protokol vəzifəyə çevrilib. Konstitusiya islahatları prezidentlik postuna bir dönəmdən artıq seçilməyi də qadağan edir.
Səlahiyyət müddəti başa çatanSerj Sarkisyanisə baş müşaviri və mətbuat katibi Aram Qaribyanı tutduğu vəzifədən azad edib. Aprelin 9-da həm də Serj Sarkisyanın prezidentlik fəaliyyəti başa çatıb, mövcud hökumət kabineti istefa verib. Lakin yeni hökumət tərtib olunana kimi indiki hökumət fəaliyyətini davam etdirəcək. Konstitusiya üzrə daha geniş səlahiyyətlərə malik olan baş nazir isə aprelin 17-də parlament tərəfindən seçilməlidir. Bu vəzifəyə parlamentdə çoxluq təşkil edən hakim Ermənistan Respublika Partiyasının rəhbəri Serj Sarkisyanın təklif ediləcəyi ehtimal olunur. Bir sıra müxalif qruplar Serj Sarkisyanın bundan sonra da hakimiyyət başında qalmaq planına kütləvi etiraz aksiyaları ilə cavab verməyə hazırlaşırlar. "Vestnik Kafkaza”nın əməkdaşı ilə söhbətində "Erməni Milli Konqresi”nin sədr müavini Levon Zurabyan Sarkisyanın 10 illik hakimiyyətini xarakterizə edib. Onun sözlərinə görə, 10 il ərzində Ermənistanın dövlət borcu 1,5 mlrd. dollardan 7 mlrd.-a yüksəlib. "Əhali sayı 400 min azalıb və bu, hələ rəsmi məlumatlardır. Qeyri-rəsmi rəqəmlərə görə, real rəqəmlər bundan bir neçə dəfə çoxdur. Miqrasiyanın tempi son illər ərzində 50 min olub. İnsanlar müddətli ad altında birdəfəlik ölkəni tərk edirlər. Qeyri-rəqabətli iqtisadiyyat, klan və mafioz idarəçilik son on ildə nəinki möhkəmlənib və güclənib, ümumilikdə normal rəqabət biznesini əzib. 2018-ci ilə tam şəkildə uzun müddət davam edə bilməyəcək qeyri-effektiv, korrupsioner idarə üsuluna daha da yaxınlaşıb. "Serj Sarkisyana siyasi dairələr və sadə vətəndaşlar necə yanaşır” sualına müxalifət təmsilçisi "mənfi” cavabını verib. "Onun rəhbərlik etdiyi Respublika Partiyası seçkilərdə yüksək səs topladığı qeyd olunur. Amma bu, seçkilərin nəticələri saxtalaşdırılmaqla əldə olunub. Sarkisyanın hakimiyyətini davam etdirməsi ilə bağlı məsələ artıq həll olunub. Bu məqsədlə onun tərəfindən 2015-ci ildə hakimiyyəti qoruyub saxlamaq üçün Konstitusiya islahatları həyata keçirilib. O zaman bizim rəhbərlik etdiyimiz "Erməni Milli Konqresi” "Yox” hərəkatına rəhbərlik etdi. Çünki bilirdik ki, bütün bunlar yalnız bir məqsədlə - Sarkisyanın hakimiyyətini uzatmaq üçün edilir. Biz bu barədə danışdıq, döyüşdük, kütləni mobilləşdirdik, referendumu udduq. Lakin nəticələr yenə də saxtalaşdırıldı. Eyni hal 2017-ci il parlamentə keçirilən seçkilər zamanı da müşahidə edildi. Hakim Respublika Partiyası kobud qanun pozuntuları, saxtalaşdırma həyata keçirdi. Bəli, 8 gün Sarkisyan heç bir vəzifə tutmayacaq. Lakin bu, artıq heç bir rol oynamır. O, hakimiyyəti aprelin 17-də yenidən əldə edəcək”, - deyə müxalifət funksioneri vurğulayıb.
L.Zurabyan "Bəs Ermənistan vətəndaş cəmiyyətinin passivliyi nədədir” sualına aşağıdakı kimi cavab verib. "Xalqın mobilləşməsi yalnız ciddi siyasi proseslər zamanı - referendum, seçkilər, müxtəlif fors-major hallarında mümkündür. Hazırkı anda bunlar müşahidə olunmur. Bəli, etirazı ifadə etmək gərəkdir və əminəm ki, müxtəlif ictimai təşkilatlar küçələrə çıxıb etiraz edəcəklər. Lakin ciddi siyasi gərginlik gözləmək lazım deyil. Gələcək üçün hər şey aydındır - mübarizəmizi davam etdirəcəyik. Çünki belə idarəetmə Ermənistan üçün fəlakətdir. Xalq tam şəkildə zərərsizləşdirilsə də, bu proses uzun müddət davam edə bilməz. Hansısa bir anda, istənilən an cəmiyyət qalxmalıdır və biz də bunun üzərində işləyirik”,- deyə o bildirib.
"1in.am” saytında da Sarkisyanın növbəti müddətli hakimiyyətindən bəhs edilib. "Serjin on illik prezidentliyi başa çatır və o, özündən sonra cəmiyyətdə ziddiyyətli əhval-ruhiyyə qoyur. Sarkisyan özündən əvvəlkilərdən fərqli olaraq nəinki siyasətdən gedəcək, əksinə, hakimiyyəti əlində saxlayacaq. Heç kim şübhə etmir ki, məhz aprelin 17-də o, baş nazir postunu tutacaq”, -deyə məqalədə bildirilir.
Yeri gəlmişkən, Sarkisyanın prezidentliyinin ikinci müddətinin sonuncu günü "Ermənistan dövləti naminə” və "Serji rədd et” müxalif təşəbbüs qrupları "Azadlıq” meydanında aksiya keçiriblər. Qeyd edilib ki, aksiyalar aprelin 17-ə kimi davam etdiriləcək. "Mənim addımım” vətəndaş təşəbbüsü isə Yerevan-Dilican avtomobil yolunu bağlayıb. Vətəndaşların bununla bağlı narazılığına gəlincə, təşəbbüsün rəhbəri Nikol Paşinyan "biz siyasi mübarizəyə sizin hüquqlarınızı qorumaq üçün qoşulmuşuq. Biz sizə hörmətlə yanaşırıq və sizin də bunu etmənizi istəyirik. Bu addım sizə qarşı deyil, Serj Sarkisyana qarşıdır”, - deyə o bildirib.
Öz növbəsində Ermənistan parlamentinin xarici əlaqələr üzrə komitəsinin keçmiş rəhbəri, beynəlxalq münasibətlər üzrə ekspert Ovannes İgityan da bildirib ki, hakimiyyətə qarşı sərt mübarizə aparılmalıdır. Helsinki Vətəndaş Assambleyasının Ermənistandakı ofisinin rəhbəri Artur Sakunts isə Serj Sarkisyana qarşı cinayət işinin açılması ilə bağlı baş prokurora və Milli Təhlükəsizlik Xidmətinin direktoruna müraciət edib. O, sabiq dövlət başçısını10 müxtəlif cinayətdə günahlandırıb. A.Sakunts deyib ki, 2008-ci il martın 1-də dinc mitinqçilərə qarşı qanunsuz olaraq silah tətbiq olunub vənəticədə Ermənistanın onlarla günahsız vətəndaşı qətlə yetirilib: "İndiyə qədər həmin qətllərə siyasi qiymət verilməyib və heç kim cinayət məsuliyyətinə cəlb olunmayıb”. Assambleya sədri vurğulayıb ki, son10 ildə ölkə əhalisinin 30 faizi yoxsullaşıb: "Rəsmi məlumatlara əsasən, Ermənistanın 350 min vətəndaşı qayıtmamaq şərti ilə ölkədən birdəfəlik gedib.Korrupsiya ölkədə sistemləşib. 2008 və 2013-cü ildə keçirilən prezident, 2012 və 2017-ci illərdə baş tutan parlament seçkilərinin nəticələri saxtalaşdırılıb”. O vurğulayıb ki,2016-cı ilin aprel ayındaDağlıq Qarabağda Azərbaycan və Ermənistan orduları arasında baş verən döyüşlərdə xeyli sayda erməni hərbçisi ölüb. A.Sakunts bildirib ki, S.Sarkisyan prezident kimi həmin itkilərə görə məsuliyyət daşıyır: "Amma o, bufaktların heç birininaraşdırılmasını təmin etməyib”.
Azər NURİYEV
banner

Oxşar Xəbərlər