Yerevan, Bişkek... siyahıda kimdir?

Avrasiya İqtisadi İttifaqına üzv ölkələrin paytaxtlarındakı sinxron aksiyalar müxtəlif şübhələrə yol açır
Ötən həftələrdə Ermənistan paytaxtı irimiqyaslı etirazlarla yadda qaldı. Düzdür, mitinqlər ölkəni xaosa sürükləməsə də, çox ciddi narazılıqların olduğunu üzə çıxardı. Yerevanla paralel, eyni vaxtda Qırğızıstan paytaxtı da analoji aksiyalara meydan oldu. Baş verən hər iki insident özündə bir sıra suallar doğurub. Hadisələri müxtəlif ölkələrin politoloqları şərh edərək bu qənaətə gəliblər ki, bunlar təsadüfi deyil.
Düzdür, Ermənistanda hökumətdən narazılığın pik həddə olduğunu artıq hamı qəbul edir. Lakin Serj Sarkisyan hökuməti bu narazılıqların qarşısını polis zorakılığı və inzibati metodlarla, aksiya iştirakçıları arasında parçalanma yaratmaqla alır. Bəziləri isə hesab edir ki, narazılıq olsa da, bu aksiyalar bir növ Ukraynada baş verən hadisələri xatırladır. Bəlli olduğu kimi, Kiyevdə olduğu kimi, Yerevanda da aksiyalar iqtisadi tələblərin səslənməsi ilə başladı. Və sonradan bu tələblər siyasi xarakter almağa başladı. Prosesə dərhal əcnəbi Qeyri-Hökumət təşkilatları, o cümlədən bu ölkənin qərbyönümlü “İrs”, “Çiçəklənən Ermənistan” və digər qurumları qoşularaq onu idarə etməyə çalışdılar. Aksiyalara müəyyən fon verərək iştirakçıların meydanda gecələmələri üçün çadırlar quraşdırmağa, onları qida və su ilə təchiz etməyə başladılar. Kiyevdə olduğu kimi, burada da gənc qızlar aksiyaçılara gül paylayır, onlara dəstək nümayiş etdirirdilər. Ardınca da Birləşmiş Ştatların Ermənistandakı səfiri bəyanat verərək bu ölkənin enerji sisteminin onlar üçün əhəmiyyətli olduğunu bildirdi və rəsmi Yerevanı aksiya iştirakçılarına qarşı güc tətbiq etməməyə çağırdı.
Aksiyaların zor gücü ilə dağıldığı gün isə qəfildən ABŞ dövlət katibinin müavinin Viktoriya Nuland Yerevanda göründü. Kiyev hadisələri başlayanda da Nuland orada idi. O zaman hadisələrin qızğın vaxtında bir gün də olsun Kiyevi tərk etmədi. Aksiyaçıları təklif və məsləhətlərinə qonaq etdi. Yerevanda da Nuland bu ölkənin rəsmi şəxsləri, o cümlədən müxalifət partiyalarının liderləri ilə görüşlər keçirdi. Amma Nuland nə qədər çalışsa da, onları Ermənistan hökumətinə qarşı birləşdirə bilmədi. Bu da şübhəsiz Rusiya faktorunun güclü olması ilə bağlıdır. Ölkə nahaqdan Rusiyanın Cənubi Qafqazda forpostu elan edilməyib ki. Götürək elə Valeri Permyakovla bağlı hadisəni. Rus əsgəri bir erməni ailəsini qanına qəltan edir, bu azmış kimi, onun cinayət işinin istintaqına erməni müstəntiqləri buraxılmır. Bütün bunların fonunda ermənilər arasında Rusiyadan narazılıq artsa da, bu narazılığı açıq büruzə verməkdən qorxurlar. Onların beyninə belə bir ideya doldurulub ki, əgər Rusiya buradan getsə, ölkə Azərbaycan və Türkiyə qarşısında tək qalacaq. Elə Nuland da Yerevandakı missiyasında ermənilərin beynindən Rusiya məhəbbətini çıxarmağa, ictimai rəyi Moskvaya qarşı çevirməyə çalışsa da, buna nail ola bilmədi. Ancaq bu hal müvəqqətidir.
Qərbin sanksiyaları ilə çökdürülən Rusiya artıq öz canının hayındadır. Maraqlıdır ki, aksiyaların keçirildiyi günlərdə sosial şəbəkələrdə eks-prezident Robert Köçəryanın rolikləri geniş təbliğ olunmağa başladı. Ardınca da gündəmə dövlət çevrilişi mövzusu yeridilməyə başladı. Heç kimə sirr deyil ki, Ermənistan Avrasiya İqtisadi Birliyinə doğru istiqamət götürməklə Birləşmiş Ştatlara arxa çevirmiş oldu. ABŞ bu ölkənin yerləşdiyi məkana güclü diqqət ayırır və hesab edir ki, amerikayönümlü şəxsin prezident olması ilə onu Rusiya və İrandan uzaqlaşdırmağa nail olacaq. Digər tərəfdən, amerikalılar bölgənin ən ağrılı məsələsi olan Dağlıq Qarabağ münaqişəsinə müdaxilə etmək imkanı əldə edir. Lakin qeyd etdiyimiz kimi, Birləşmiş Ştatların bu istəyi hələ ki arzu olaraq qalacaq. Keçirilən rəy sorğularının nəticələri də bunu deməyə əsas verir. “Gallup International Association”un keçirdiyi son sorğunun nəticələrinə görə, əhalinin 70 faizi ölkənin Avrasiya İqtisadi İttifaqına üzvlüyünü dəstəkləyir. Və cəmisi 10 faiz buna qarşı çıxır.
Bişkekə gəldikdə, burada aksiyalar ABŞ qrantları ilə dolanan QHT-lər tərəfindən başladı. Onlar ölkə konstitusiyasına dəyişikliklərin edilməsinə qarşı oldular. Lakin buradakı aksiyalar, Yerevandakı kimi irimiqyaslı olmadı. Dərhal da Rusiya KİV-ləri bu aksiyaların arxasında Qərbin durduğunu, onun maliyyələşdirdiyini bəyan etməyə başladılar. Onların qənaətincə, ABŞ-ın bu ölkədəki səfiri Riçard Maylz aksiyalar başlayandan ona bilavasitə gizli şəkildə dəstək verib. Nəzarəti altında olan QHT-lər vasitəsilə onun genişlənməsinə şərait yaradıb. Bütün bunlar isə ölkənin Aİİ-yə üzvlükdən çıxarılması üçündür.
Rusiya nəşrləri diqqəti ona yönəldirlər ki, heç bir dövlət başqa ölkənin ərazisində baş verən etirazlara ABŞ qədər reaksiya vermir. “ABŞ səfirliyi narahatdır”, “ABŞ səfirliyi çağırır”, “ABŞ səfirliyi ehtiyat edir” və s. bu kimi bəyanatları nə qədər səsləndirmək olar. Yaxşı olardı ki, ABŞ hökuməti bu cür bəyanatları Baltimor, Ferquson hadisələri zamanı da səsləndirəyi. Ən maraqlısı odur ki, qırğız etirazları zamanı Bişkek aeroportuna ABŞ səfirliyi üçün nəzərdə tutulan tonlarla naməlum məxfi yük daxil olduğu barədə xəbərlər yayılıb. Heç şübhəsiz, həmin yüklərin nədən ibarət olduğu bu ölkədə parlament, ardınca da prezident seçkiləri zamanı üzə çıxacaq...
Azər NURİYEV