• cümə, 19 Aprel, 14:29
  • Baku Bakı 25°C

Yens Stoltenberq: “İranla münaqişədə NATO İsraili dəstəkləməyəcək”

03.06.18 09:30 787
Yens Stoltenberq: “İranla münaqişədə NATO İsraili dəstəkləməyəcək”
İranla hərbi münaqişədəNATOİsrailə dəstək verməyəcək. APA-nın xəbərinə görə, bu barədəNATO-nun baş katibi Yens Stoltenberq "Der Spiegel” nəşrinə müsahibəsində bildirib.
"NATOİsrailə təhlükəsizlik zəmanəti verə bilmir, çünki bu ölkə təşkilatın üzvü deyil. Baxmayaraq ki, İsrail Alyansın tərəfdaşıdır”, - deyə baş katib bildirib.
Yens Stoltenberq həmçininNATO-nun Yaxın Şərq münaqişəsinin nizamlanması prosesində iştirak etmədiyini qeyd edib: "Bu bizim işimiz deyil”.
Baş katib,NATO-ya üzv olan ölkələr arasında İranla bağlanmış nüvə sazişinə dair fikir ayrılıqlarının olduğunu etiraf edib: "Təşkilatın bütün üzvləri regionda gərginliyə səbəb olan İranın raket proqramından və Tehranın terrorçu qruplaşmalara dəstək verməsindən narahatdır”.
banner

Oxşar Xəbərlər