• çərşənbə, 24 Aprel, 04:28
  • Baku Bakı 14°C

Yeniyetmə idmançılarımızdan 6 qızıl, 2 gümüş, 7 bürünc

25.06.13 12:33 1416
Yeniyetmə idmançılarımızdan 6 qızıl, 2 gümüş, 7 bürünc
Monteneqronun Bar şəhərində keçirilən Avropa çempionatında yığma komandalarımız 6-sı qızıl, 2-si gümüş və 7-si bürünc olmaqla, ümumilikdə 15 medal qazandılar ki, əldə edilən bu nailiyyət nəsil dəyişikliyi prosesinin uğurla həyata keçdiyini açıq şəkildə göstərir.
Fikirlərimizi əsaslandırmaq üçün son 4 ilin nəticələrinə nəzər salaq: 2010-cu ildə Bosniya və Herseqovinada keçirilən qitə birinciliyində 14 medal (6 qızıl, 3 gümüş, 5 bürünc) əldə edən yığmalarımız bir il sonra Polşanın paytaxtı Varşavada təşkil olunan analoji yarışda bu nailiyyəti daha da artırdı. Bunu rəqəmlər də sübut edir: 7 qızıl, 4 gümüş və 7 bürünc, cəmi 18 medal. Sərbəst güləşçilərimizin komanda hesabında 1-ci, yunan-roma güləşçilərimizin isə 2-ci olması da güləş tariximizin yeni səhifəsinin açılması demək idi.
Bu qızıl heyətin əksər üzvlərinin 2012-ci ildən etibarən gənclər yığmasına keçməsi, yəni heyətin yenilənməsi həmin il Polşanın Katovitse şəhərində keçirilən Avropa birinciliyindəki nəticələrə, daha doğrusu, qızıl medal sayına müəyyən qədər təsir göstərsə də, medal sayı dəyişilməz qaldı (3 qızıl, 9 gümüş, 6 bürünc, cəmi 18 medal).
Builki nailiyyətlər isə aparılan işlərin düzgün olduğunu bir daha ortaya qoydu – Balkan yarımadasında Azərbaycanın himni 6 dəfə səsləndi, daha 9 dəfə isə bayrağımız digər əyarlı (2 gümüş, 7 bürünc) medallara görə yüksəkdə dalğalandı. Sərbəst güləş yığmamız yenidən qitənin ən güclüsü adını özünə qaytardı. Yunan-Roma millimiz isə son 4 ildə ikinci dəfə komanda hesabında 2-ci oldu.
banner

Oxşar Xəbərlər