• şənbə, 20 Aprel, 06:34
  • Baku Bakı 14°C

Yenidən “xortlayan” “People in Need“

16.06.15 10:35 1377
Yenidən “xortlayan” “People in Need“
Avropa oyunlarına ev sahibliyi edən Azərbaycana qarşı qarayaxma kampaniyası aparan təşkilatlar sırasına bu dəfə “məşhur” "People in Need" təşkilatı da qoşuldu. SİA xatırladır ki, Azərbaycan oxucusu bu təşkilatın adını ilk dəfə Gürcüstanın Batumi şəhərində 6 ölkənin qatıldığı Avropa Birliyi Şərq Tərəfdaşlığı proqramının təşkilatçılığı ilə keçirilən Vətəndaş Cəmiyyəti Forumundakı qalmaqal zamanı eşitmişdi. Heç bir beynəlxalq nüfuzu olmayan bu çex təşkilatı birdən birə həmin tədbir çərçivəsində foyedə stend açaraq, Azərbaycana dair tənqidi plakatlar asmışdı. Düzdür, foruma Azərbaycandan qatılan nümayəndə heyəti üzvlərinin təkidi ilə stend götürüldü, amma istənilən halda bu təxribatla çex təşkilatı sanki özü üçün ciddi piar etdi. Qeyd edək ki, öz mövqeyi ilə bu təşkilat özünü t0am ifşa edir. “People in Need” faktiki olaraq Azərbaycanın ərazi bütövlüyünü tanımaq istəmir, Dağlıq Qarabağı isə “müstəqil dövlət” kimi təqdim etməyə çalışır.
“People in Need” təşkilatının ermənipərəstliyi ilə bağlı deyilənləri sübut etmək üçün dağa-daşa düşməyə ehtiyac yoxdut. Bu təşkilatın İnternet səhifəsinə daxil olmaq kifayət edir ki, inkarolunmaz faktlarla qarşılaşaq.
Təşkilatın rəsmi səhifəsində “Ermənistan” bölməsində bidirilir ki, “People in Need” tərəfindən ilk humanitar yardım məhz Ermənistana edilib - 1988-ci ildə Ermənistanın şimal-qərbindəki dağıdıcı zəlzələdən sonra Praqada bir qrup tələbə yardım toplayaraq Ermənistana təxminən, 50 ton material göndərmişdi.
Və indiki “People in Need” təşkilatının üzvlərinin çoxu da məhz həmin tələbələrin arasından çıxıb. Bir sözlə, təşkilatın özəyinin əsası məhz o zaman qoyulub.
2003-cü ildən isə Ermənistanda rəsmən fəaliyyətə başlayan “People in Need” hazırda bu ölkədə onlarla müxtəlif xarakterli layihələr həyata keçirir. Ən vacib layihələri isə Ermənistanın ən böyük problemi olan mühacirətlə bağlıdır. Göründüyü kimi, bu təşkilatın fəaliyyəti faktiki olaraq Ermənistana yardım üzərində qurulub. Yəni, bu təşkilatı tam olaraq ermənipərəst hesab etmək olar.
Bizi ən çox narahat edən fakt isə odur ki, bu təşkilat Dağlıq Qarabağdakı separatçılara da dəstək verir. 1992-ci ildə təşkilatın aparıcı üzvü , təşkilatı yaradan iki şəxsdən biri, münaqişə zonalarından yazan jurnalist Jaromir Stetinanın rəhbərliyi altinda Dağlıq Qarabağdakı böhranla bağlı yardım kompaniyası keçirilib və yaralı erməni əsgərlərinin yerləşdirildiyi xəstəxanalara yardım paylanıb.
Göründüyü kimi, qərəzsiz və obyektiv olmaq peşə borcu sayılan avropalı Stetinanın bu davranışı onun nə qədər “tərəfsiz” olduğunu nümayiş etdirir .
Yəqin ki, artıq şərhə ehtiyac yoxdur - təşkilatın Dağlıq Qarabağdakı separatçı rejimin və işğalçı Ermənistanın maraqlarından çıxış etməsi üçün kifayət qədər ciddi tarixi əsaslar var.
Dünyanın əksər qrant mərkəzlərindən vəsaitlər alan və 50-dən çox ölkədə layihələr həyata keçirən “People in Need” indi yenidən “xortlayaraq”, Azərbaycanın əleyhinə kampaniyaya qoşulub və utanmadan Avropa oyunlarının boykot edilməsinə çağırışlar edir.
Mayası erməni sevgisindən yoğrulan bu təşkilat anlamır ki , özünü artıq çoxdan ifşa edib və indiki canfəşanlığı sadəcə istehza doğura bilər.

banner

Oxşar Xəbərlər