• çərşənbə axşamı, 16 aprel, 18:02
  • Baku Bakı 18°C

Yenidən hazırlanan “Silahlı Qüvvələr haqqında” qanun layihəsi MM-də müzakirəyə çıxarılır

24.11.17 12:05 1537
Yenidən hazırlanan “Silahlı Qüvvələr haqqında” qanun layihəsi MM-də müzakirəyə çıxarılır
Yenidən hazırlanan "Azərbaycan Respublikasının Silahlı Qüvvələri haqqında” qanun layihəsiMilli Məclisin dekabrın 1-də keçiriləcək iclasında müzakirəyə çıxarılacaq.
APA-nın məlumatına görə, yeni qanun layihəsindəmaddələrin sayı artıb. 5 fəsil, 16 maddədən ibarət olan yeni qanun layihəsində Silahlı Qüvvələrin yeni formada təsnifatı verilir, əsas vəzifələri sadalanır.
Parlamentin Müdafiə, təhlükəsizlik və korrupsiya ilə mübarizə komitəsi üzvüZahid OrucAPA-ya bildirib ki, yeni qanun layihəsi Azərbaycanda Silahlı Qüvvələrin reyestrini müəyyənləşdirir: "Qanun layihəsində göstərilir ki,ölkədə hansı növ silahlı qüvvə birləşməsi formalaşdırıla bilər”.
Qeyd edək ki, "Azərbaycan Respublikasının Silahlı Qüvvələri haqqında” mövcudqanun 1991-ci ildə qəbul olunub və 10 maddədən ibarətdir.
banner

Oxşar Xəbərlər