• çərşənbə axşamı, 19 mart, 13:27
  • Baku Bakı 8°C

Yeni təyin olunmuş kənd təsərrüfatı naziri kollektivə təqdim olunub

23.04.18 15:10 703
Yeni təyin olunmuş kənd təsərrüfatı naziri kollektivə təqdim olunub
Bu gün Azərbaycan RespublikasıPrezident Administrasiyasının rəhbəriRamiz Mehdiyevyeni təyin olunmuş kənd təsərrüfatı naziri İnam Kərimovu nazirliyin kollektivinə təqdim edib.

Nazirlikdən "APA-Economics"ə verilən məlumata görə,Ramiz Mehdiyevnazir İnam Kərimovun keçdiyi həyat yolu barədə ətraflı məlumat verərək qeyri neft sektorunun, xüsusilə də kənd təsərrüfatının ölkə iqtisadiyyatında əhəmiyyətli rol oynadığını, bu sahənin inkişafı ilə bağlı böyük potensial imkanların olduğunu diqqətə çatdırıb. Ölkə rəhbərliyi tərəfindən qarşıya qoyulan əsas hədəflərə nail olmaq üçün nazirliyin kollektivinə müvafiq məsləhət və tövsiyələrini verib.

Yeni təyin olunmuş kənd təsərrüfatı naziri İnam Kərimov ölkə başçısının ona göstərdiyi yüksək etimada görə təşəkkürünü bildirib, qarşıya qoyulan vəzifələri layiqincə yerinə yetirəcəyini qeyd edib.

İnam Kərimov Prezidentİlham Əliyevin rəhbərliyi ilə respublikamızda bütün sahələrdə olduğu kimi qeyri-neft sektorunun xüsusilə, kənd təsərrüfatının uğurla inkişaf etdirildiyini bildirib.

Qeyd edək ki, İnam İmdad oğlu Kərimov kənd təsərrüfatı naziri vəzifəsinə Azərbaycan Respublikası Prezidentinin 2018-ci il 21 aprel tarixli sərəncamı ilə təyin edilib.
banner

Oxşar Xəbərlər