• cümə axşamı, 18 aprel, 08:59
  • Baku Bakı 12°C

"Yeni sözlər və yeni mənalar" lüğətinə 2000-ə yaxın söz daxil edilib

06.12.16 11:15 1002
"Yeni sözlər və yeni mənalar" lüğətinə 2000-ə yaxın söz daxil edilib
AMEA-nın Nəsimi adına Dilçilik İnstitutunun Tətbiqi dilçilik şöbəsində "Yeni sözlər və yeni mənalar” lüğəti tərtib olunub.
İnstitutdanAPA-ya verilən məlumata görə, çap olunmuş lüğətə elm, texnika,kosmetologiya və məişətin müxtəlif sahələrində işlənən 2000-ə yaxın yeni söz və termin daxil edilib, onların izahı verilib. Dilimizdə mövcud olan, lakin müasir dövrdə yeni mənalar qazanmış sözlər isə lüğətdə söz birləşmələri daxilində yer alıb. Lüğətin əsas xüsusiyyətlərindən biri dilimizə daxil olmuş bəzi alınma sözlərin Azərbaycan dilində qarşılığı ilə göstərilməsidir.

Nəşrin baş redaktoru Tətbiqi dilçilik şöbəsinin müdiri, professor İsmayıl Məmmədlidir. Lüğətdən KİV əməkdaşları və geniş oxucu kütləsi istifadə edə bilər.
banner

Oxşar Xəbərlər