AZE | RUS | ENG |

"Yeni şərtləri qəzet bazarını daha da inkişaf etdirmək məqsədi daşıyır"

Azərbaycanda kütləvi informasiya vasitələrinin (KİV) dövlət tərəfindən maliyyələşdirilməsi şərtlərinin dəyişməsi mahiyyətcə dövlət dəstəyinin yeni mərhələsini açır.

Bunu Trend-ə açıqlamasında "Bakı xəbər" qəzetinin baş redaktoru, siyasi ekspert Aydın Quliyev deyib.

A.Quliyev bildirib ki, ilk vaxtlarda bəzi qüvvələr bu məsələ ətrafında yersiz söz-söhbətlər yaratmağa çalışsalar da, əsl mahiyyət çox tezliklə ictimaiyyətə çatdırıldı: "Dövlətin KİV-ə dəstəyinin yeni mərhələsi heç də bəzilərinin yozduğu kimi qəzetlərin maliyyələşməsini dayandırmaq deyil, əksinə, qəzetlərin məzmununu daha da təkmilləşdirmək, formaca ən müasir standartlara uyğunlaşdırmaqla ölkənin qəzet bazarını daha da inkişaf etdirməkdən ibarətdir. Yeni maliyyələşmə şərtləri çap mediasının bu mərhələdə əlavə lokomotivi kimi nəzərdən keçirilə bilər. Dərin məzmun və yüksək poliqrafiya keyfiyyətləri yeni mərhələdə çap mediası üçün xarakterik xüsusiyyətlər olmaqla, həm də qəzetlərimizin dövlətçilik proseslərində daha ağır çəki ilə iştirakına şərait yaradacaq".

Ekspert vurğulayıb ki, Azərbaycan Prezidenti yanında Kütləvi İnformasiya Vasitələrinin İnkişafına Dövlət Dəstəyi Fondu (KİVDF) illər ərzində qəzetləri maliyyələşdirməklə onların qarşısında həm yeni inkişaf imkanları açıb, həm də dövlətçilik ideologiyasının daha aktiv daşıyıcıları olmaq gücü ilə təmin edib:

"KİVDF-nin maliyyələşmə şərtlərində dəyişikliklər çap mediaya paralel olaraq internet media resurslarının da inkişafı üçün dövlət dəstəyi mexanizmlərinin tətbiqinə geniş imkanlar açıb. Məlumdur ki, son bir neçə ildə ölkəmizdə elektron media resursları da əhəmiyyətli formalaşma mərhələsi keçib və bu gün media sistemində özünə mühüm yer tutub. Artıq öz loqosunu tanıda bilmiş köhnə internet media resurslarının, habelə çap variantından elektron formaya keçid edəcək qəzetlərin də KİVDF tərəfindən maliyyələşdirilməsi mexanizmlərinin tətbiqi aktual məsələyə çevrilib. Əslində medianın maliyyələşmə şərtlərindəki dəyişikliklər həm çap, həm də onlayn medianın daha səmərəli dövlət dəstəyi altına alınması mexanizminə keçid mərhələsidir".

Baş redaktorun fikrincə, Mətbuat Şurasının İdarə Heyətinin son iclasında aparılan müzakirələr də belə bir yekdil rəy ortaya qoydu ki, KİVDF xətti ilə dövlətin çap mediasını maliyyələşdirməsi özünü doğruldur və bu doğru modelin düzgün inkişaf təmayülü tapa bilmiş qəzetlərlə yanaşı, ilkin mərhələdə prioritet istiqamət olaraq həm də qəzetlərin elektron versiyasına və ümumən internet resurslara şamil edilməsinə ehtiyac var: "KİVDF-nin maliyyələşdirmə şərtlərində hələ illər öncə başlatdığı təkmilləşdirmə üslubu bu dəfə də praktiki olaraq media qarşısında yeni inkişaf yolları açdı, onlara özünü toparlamaq, öz potensial imkanlarını dövlətin dəstəyi ilə birləşdirməklə yeni üfüqlərə çıxmaq imkanları yaradır".




Paylaş:

Facebook-da

Reklam

Xəbər lenti

Valyuta məzənnəsi

Tipi Ədə. Adı AZN
USD 1 1 ABŞ dolları 1.7
EUR 1 1 Avro 1.923
GEL 1 1 Gürcüstan larisi 0.6449
GBP 1 1 İngiltərə funt sterlinqi 2.1951
IRR 100 100 İran rialı 0.004
SEK 1 1 İsveç kronu 0.1837
CHF 1 1 İsveçrə frankı 1.6935
KWD 1 1 Küveyt dinarı 5.5962
TRY 1 1 Türkiyə lirəsi 0.3219