• cümə axşamı, 28 mart, 13:23
  • Baku Bakı 16°C

Yeni səhmdar cəmiyyət təsis edilib

03.08.17 13:10 1585
Yeni səhmdar cəmiyyət təsis edilib
"Ərzaq məhsullarının tədarükü və təchizatı” ASC-nin mərkəzi ofisində İtaliyanın "LUCCHİNİ.AZ” şirkəti ilə "AZTT-LUCCHİNİ” Məhdud Məsuliyyətli Cəmiyyətin təsis edilməsi haqqında qərar layihəsi və nizamnamənin imzalanması mərasimi keçirilib. Sənədləri Səhmdar Cəmiyyətin İdarə Heyətinin sədri Əbülfət Qocayev və İtaliya Respublikası tərəfdən isə "LUCCHİNİ.AZ” MMC-nin təmsilçisi Massimo Lucchini imzalayıblar. Azərbaycan Respublikasının Mülki Məcəlləsi və digər qanunvericilik aktlarına uyğun təsis olunmuş "AZTT-LUCCHİNİ” MMC ilə nizamnamə kapitalında pay nisbəti aşağıdakı qaydada müəyyən olunub:
• "Ərzaq məhsullarının tədarükü və təchizatı” ASC - 51 %
• "LUCCHİNİ.AZ” - 49 %
"AZTT-LUCCHİNİ” MMC Azərbaycanda istixanaların tikintisi, birgə formada idarəedilməsi, işçi potensialının formalaşdırılması, işçilərə zəruri elmi-texniki biliklərin verilməsini həyata keçirəcəkdir. Bu barədə anlaşma memorondumu "Ərzaq məhsullarının tədarükü və təchizatı” ASC ilə İtaliyanın "IDROMECCANICA LUCCHINI SpA” şirkəti arasında aprel ayında imzalanmışdı.
Səhmdar Cəmiyyət layihənin icrası üçün lazım olan bütün zəruri işləri- su, elektik, yol üçün əlverişli olan bütün məsələlərin həllini öz üzərinə götürüb. İnfrastrukturun yaradılması üçün xərclər, razılaşdırmalar, müqavilə imzalandıqdan sonra nəzərə alınacaqdır. İlkin mərhələdə istixana komplekslərinin qurulmasına 13 milyon avro dəyərində sərmayə qoyulması nəzərdə tutulub.
İstixanaların qurulacağı ərazilərə baxış keçirilərək məsləhətləşmələr aparılıb. Xəzər rayonunun Zirə qəsəbəsində yerləşən ərazi xarici qonaqlar tərəfindən istixana kompleksinin qurulması üçün uğurlu seçim kimi qiymətləndirilib.
İstixanaların tikintisində ən müasir texnologiyalar tətbiq olunacaq, kompleksin tərkibində elmi mərkəz yaradılacaq. Mərkəzdə aqrar sektorda çalışan istehsalçılara dəstək məqsədi ilə kadrların hazırlanması, yeni texnologiyalardan istifadə bacarıqlarının artırılması ilə bağlı işlər həyata keçiriləcək.
banner

Oxşar Xəbərlər