• cümə axşamı, 28 mart, 15:57
  • Baku Bakı 16°C

Yeni sazişə dair danışıqlardakı irəliləyiş alqışlanır

24.11.17 18:55 3835
Yeni sazişə dair danışıqlardakı irəliləyiş alqışlanır
Avropa İttifaqının (Aİ) "Şərq tərəfdaşlığı" sammitinin iştirakçıları Aİ və Azərbaycan arasında tərəfdaşlığa dair yeni çərçivə razılaşmasının imzalanması istiqamətində davam edən danışıqlardakı müsbət irəliləyişi alqışlayır.
APA-nın xəbərinə görə, bu barədəAvropa İttifaqının "Şərq tərəfdaşlığı" sammitinin yekun Bəyannaməsində deyilir.
Bəyanatda qeyd olunur ki,Avropa İttifaqıErmənistan, Azərbaycan və Belarus da daxil olmaqla hər bir tərəfdaş ölkə ilə qarşılıqlı ticarətin gücləndirilməsi üçün cəlbedici və real variantları və ümumi maraqları əks etdirən investisiya təşviqini, eləcə də beynəlxalq ticarət qaydaları və ticarətlə əlaqəli beynəlxalq standartlar, o cümlədən intellektual mülkiyyət sahəsində, iqtisadiyyatın modernləşdirilməsi və diversifikasiyası sahəsində birgə danışıqları davam etdirəcək.
banner

Oxşar Xəbərlər