AZE | RUS | ENG |

Yeni qaydalar bütün məzarlıqlarda və dəfn mərasimlərində tətbiq olunacaq

Yeni qaydalar bütün məzarlıqlarda və dəfn mərasimlərində tətbiq olunacaq
Yeni salınan qəbiristanlıqlarda, o cümlədən bundan sonra dəfn mərasimlərində yeni qaydalar mütləq tətbiq olunacaq.
Trend-in məlumatına görə, bunu Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin sədri Mübariz Qurbanlı deyib.
Onun sözlərinə görə, Nazirlər Kabineti "Qəbiristanlıqların salınması və idarə olunması Qaydaları"na dəyişikliklər edib: "Bu dəyişikliklər yeni salınan qəbiristanlıqlara şamil olunacaq, qərarın geriyə tətbiqi yoxdur".
Xatırladaq ki, ötən ilin dekabrında təsdiqlənən "Qəbiristanlıqların salınması və idarə olunması Qaydaları"nda qəbiristanlıqların salınması və idarə olunması qaydaları da təsdiq edilib.
Qərara əsasən, bundan sonra qəbiristanlıqlar yerli bələdiyyələr tərəfindən idarə ediləcək. Yerli icra hakimiyyəti orqanlarına qəbiristanlıqların bələdiyyələrə təhvil verilməsi üçün 3 ay vaxt verilib.
Bu qaydalar tələbləri (5.5-ci və 5.6-cı bəndlərində nəzərdə tutulmuş hallar istisna olmaqla) Fəxri xiyabanlarında, Şəhidlər xiyabanlarında və kütləvi (qardaşlıq) məzarlıqlarında aparılan dəfnlərə, habelə Vətən uğrunda şəhid olan hərbçilərin dəfn mərasimlərinə şamil edilmir.

Paylaş:

Facebook-da

Reklam

Xəbər lenti

Valyuta məzənnəsi

Tipi Ədə. Adı AZN
USD 1 1 ABŞ dolları 1.7
EUR 1 1 Avro 1.9288
GEL 1 1 Gürcüstan larisi 0.6337
GBP 1 1 İngiltərə funt sterlinqi 2.2567
IRR 100 100 İran rialı 0.004
SEK 1 1 İsveç kronu 0.1842
CHF 1 1 İsveçrə frankı 1.6988
KWD 1 1 Küveyt dinarı 5.6004
TRY 1 1 Türkiyə lirəsi 0.311