• cümə, 29 Mart, 19:07
  • Baku Bakı 14°C

Yeni qanun layihəsi Milli Məclisə təqdim olunub

12.06.18 11:47 622
Yeni qanun layihəsi Milli Məclisə təqdim olunub
"2018-ci il dövlət büdcəsinə dəyişikliklər edilməsi ilə bağlı qanun layihəsi Azərbaycan RespublikasınınMilli Məclisinə təqdim olunub”.
Bu barədə "APA-Economics"əMaliyyə Nazirliyinin mətbuat xidmətinin rəhbəri Mais Piriyev məlumat verib.
M.Piriyev bu dəyişikliklərlə əlavə maliyyə təminatı yaradılması nəzərdə tutulan sahələri də açıqlayıb. Onun sözlərinə görə, ölkə əhalisinin sosial müdafiəsinin daha da gücləndirilməsi, dövlətin müdafiə və təhlükəsizliyinin daha da artırılması, turizmin inkişafı, bir sıra sosial və infrastruktur layihələrinin, kənd təsərrüfatı, su təchizatı, meliorasiya və irriqasiya tədbirlərinin və digər zəruri dövlət vəzifələrinin maliyyələşdirilməsi ilə əlaqədar əlavə maliyyə təminatının yaradılması ilə bağlı "Azərbaycan Respublikasının 2018-ci il dövlət büdcəsi haqqında” qanunda dəyişikliklər edilməsi barədə qanun layihəsi və müvafiq sənədlər mövcud qanunvericiliyə uyğun olaraqMaliyyə Nazirliyitərəfindən hazırlanaraqNazirlər Kabinetinə təqdim olunub.
"Azərbaycan RespublikasınınNazirlər Kabinetiisə qanun layihəsini məqbul hesab edərək Azərbaycan Respublikasının Prezidentinə təqdim edib. Qanun layihəsi Azərbaycan Respublikasının Prezidenti tərəfindən bəyənilərək müvafiq sənədlərlə birlikdə müzakirə üçünMilli Məclisinə təqdim olunub”, deyə nazirlik rəsmisi bildirib.
banner

Oxşar Xəbərlər