• cümə, 29 Mart, 15:51
  • Baku Bakı 14°C

“Yeni nəsil dəvət edir” layihəsi çərçivəsində konsert keçirilib

30.12.18 10:51 568
“Yeni nəsil dəvət edir” layihəsi çərçivəsində konsert keçirilib
Beynəlxalq Muğam Mərkəzində "Yeni nəsil dəvət edir” layihəsi çərçivəsində parlaq konsert keçirilib.
Trend-in məlumatına görə, dekabrın 25-də Beynəlxalq Muğam Mərkəzində Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universitetinin "Musiqi sənəti” fakültəsinin "Xalq çalğı alətləri ifaçılığı” və "Muğam sənəti” kafedralarının tələbələrinin iştirakı ilə Dünya Azərbaycanlılarının Həmrəyliyi Günü və Yeni il bayramına həsr olunmuş gözəl konsert təşkil olunub.
Tədbir Beynəlxalq Muğam Mərkəzi və Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universitetinin "Yeni nəsil dəvət edir” adlı birgə layihəsi çərçivəsində həyata keçirilib.
Konsertdə universitetin tələbələrinin ifasında Səid Rüstəmovun "Haralısan”,”Şeir deyilmi”, "Oxu gözəl”, Tofiq Quliyevin "Tez gəl”, Hacı Xanməmmədovun "Gözünə qurban”, ”Üzün mənnən niyə döndü”, Emin Sabitoğlunun "Sən olmuşam”, ”Bu gecə”, "Dağları duman alanda”, Cahangir Cahangirovun "Zərif gülüşlüm”, Şəfiqə Axundovanın "Mehriban olaq”, "Həsrətində”, Ramiz Mirişlinin "İlk sevgi”, Oktay Rəcəbovun "Sevərsənmi”, Polad Bülbüloğlunun "Şən Azərbaycan”, Musa Mirzəyevin "Yeni il gəlir”, Elza İbrahimovanın "Mehribanım” mahnıları səslənib.
Konsert maraqla qarşılanıb və gur alqışlarla sona yetib.
banner

Oxşar Xəbərlər