• cümə axşamı, 28 mart, 12:53
  • Baku Bakı 16°C

“Yeni Nəfəs” Milli Kino mükafatının qalibinin adı açıqlanıb

30.07.19 14:15 6303
“Yeni Nəfəs” Milli Kino mükafatının qalibinin adı açıqlanıb
Azərbaycan Respublikası Kinematoqrafçılar İttifaqı bu ilin gənclər üçün təsis etdiyi "Yeni Nəfəs” Milli Kino mükafatını təqdim edib.
İttifaqın Mətbuat xidmətinin rəhbəri Əli Vəliyev Trend-ə bildirib ki, kino sənətinin inkişafındakı nailiyyətlərinə görə qurumun gənc üzvü Fariz Əhmədov Milli Kino mükafatına layiq görülüb.
Mükafatın məbləği 1000 manatdır.
O qeyd edib ki, İttifaq Azərbaycan kinosunun inkişafında misilsiz xidmətlər göstərən ustad sənətkarlara Həsən Seyidbəyli və Rasim Ocaqov adına medallar təsis edib: "Eyni zamanda, Azərbaycan Respublikası Kinematoqrafçılar İttifaqı məşhur kinorejissor Həsən Seyidbəylinin anadan olmasının 100 illiyi münasibətiylə təqaüd təsis edib. Bununla yanaşı, kinonu ən yaxşı təbliğ edən mətbuat nümayəndələri üçün də pullu mükafatlar təsis edilib".
Qeyd edək ki, mükafatlar 2 Avqust Milli Kino Günündə Nizami Kino Mərkəzində sahiblərinə təqdim olunacaq.
banner

Oxşar Xəbərlər