• şənbə, 20 Aprel, 06:35
  • Baku Bakı 14°C

Yeni nazirdən ilk əmr – Beydullayev işdən çıxarıldı

24.10.13 18:04 3017
Yeni nazirdən ilk əmr – Beydullayev işdən çıxarıldı
Müdafiə Nazirliyində kadr dəyişiklikləri başlayıb. Azərbaycan Müdafiə Nazirliyinin rəhbərliyində kadr dəyişiklikləri olub. APA-nın hərbi mənbələrdən əldə etdiyi məlumata görə, müdafiə nazirinin müavini, Hərbi Hava Qüvvələrinin komandanı, general-mayor Altay Mehdiyev və Müdafiə Nazirliyinin İnspeksiya İdarəsinin rəisi, general-mayor Məmməd Beydullayev vəzifələrindən azad ediliblər.
M. Beydullayevin yerinə polkovnik Fəxrəddin Cəbrayılov təyin olunub. F. Cəbrayılov 1995-ci ildə prezidentin fərmanı ilə Azərbaycanın Milli Qəhrəmanı adına layiq görülüb. Müdafiə Nazirliyində struktur dəyişikliklərinin olduğu da bildirilir.
Xatırladaq ki, oktyabrın 22-də Azərbaycan prezidentinin sərəncamı ilə Zakir Həsənov Səfər Əbiyevin yerinə müdafiə naziri təyin olunub.
banner

Oxşar Xəbərlər