Yeni müqavilədən sonra Suares qədər məvacib alacaq
Serxio Buskets
yazın günlərdə "Barselona” ilə yeni müqavilə bağlayacaq.
Kaspi.az xəbər
verir ki, yeni müqavilədən sonra Busketsin məvacibi nəzərəçarpacaq dərəcədə
artacaq. Yarımmüdafiəçi Luis Suares və Jerar Pike qədər məvacib alacaq.
Busketsin məvacibin
artırılması Andres İnyestanın klubdan getməsindən sonra mümkün olub. İnyestanın
gedişindən sonra maaş cədvəlində "yüngüllük” yaranıb ki, bunun nəzərə alan rəhbərlik
də Busketslə yeni müqavilə bağlamağa üstünlük verib.
Busketsin qüvvədə
olan müqaviləsi 2016-cı ildə bağlanıb və 2021-ci ilin yayına qədər qüvvədədir.
Serxio "Barsa”nın yetirməsi sayılır və klubda 2008-ci ildən çıxış edir.