• şənbə, 20 Aprel, 08:02
  • Baku Bakı 14°C

Yeni mediada etik standartlar müzakirə olundu

19.05.14 16:41 1048
Yeni mediada etik standartlar müzakirə olundu
Azərbaycan Jurnalistlər Şəbəkəsi İctimai Birliyi “Yeni mediada etik standartların təbliği” layihəsinin icrası çərçivəsində jurnalistlər üçün dəyirmi masa keçirib. AJN İB-dən “Kaspi.az”a verilən məlumata görə, Azərbaycan Mətbuat Şurasının nümayəndələri, ölkənin aparıcı media qurumlarında çalışan jurnalistlər və yeni media üzrə mütəxəssislərin qatıldığı tədbirdə İnternet mediasında mövcud etika problemləri, eləcə də, çıxış yollarının müzakirəsi aparılıb:
“Layihənin əsas məqsədi yeni mediada etik standartların və milli mənəvi dəyərlərin təbliği istiqamətində peşəkar müzakirə və silsilə təlimlər təşkil etməkdir”.
Qeyd edək ki, “Yeni mediada etik standartların təbliği” layihəsi Azərbaycan Respublikasının Prezidenti yanında Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Şurasının maliyyə yardımı əsasında həyata keçirilir.
banner

Oxşar Xəbərlər