• cümə axşamı, 25 aprel, 11:35
  • Baku Bakı 14°C

Yeni media ilə bağlı kitabça nəşr edildi

30.06.14 16:41 1192
Yeni media ilə bağlı kitabça nəşr edildi
Qloballaşan Dünyaya İnteqrasiya İctimai Birliyinin Azərbaycan Respublikasının Prezidenti yanında Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Şurasının dəstəyi ilə həyata keçirdiyi “Yeni media və sosial şəbəkələrdə gənclərin ictimai məsuliyyətinin artırılması” layihəsi çərçivəsində “Yeni media və sosial şəbəkələrdə düzgün iştirak günün tələbidir” adlı kitabça nəşr edilib. Bu barədə ictimai birlikdən məlumat verilib. “Yeni media və sosial şəbəkələrdə düzgün iştirak günün tələbidir” adlı kitabça əsasən yeniyetmə və gənclər, eləcə də gənclər təşkilatları və QHT-lər, müvafiq qurumlar arasında paylanıb. Bununla da adıçəkilən layihə bitmiş hesab edlir.
Qeyd edək ki, layihə çərçivəsində “yenimedia.info” adlı yeni sayt da yaradılıb. Sayt yeni media vasitələri və sosial şəbəkələr barədə gəncləri və cəmiyyəti maarifləndirmək üçün nəzərdə tutulub. Qeyd edək ki, layihənin məqsədi yeni mediada – online saytlarda və sosial şəbəkələrdə, yaxud “vətəndaş jurnalistikası” iddiası ilə çıxış edən gənclərdə ictimai məsuliyyət hissinin formalaşdırılmasına yardımçı olmaqdır. Bu məqsədlə gənclərin yeni media vasitələrində çıxışında etik normaların, cəmiyyət qarşısında cavabdehlik şüurunun, Azərbaycan millətinin dəyərlərinə, ənənələrinə sayğı ilə yanaşma hissinin formalaşdırılmasına yardım etmək məqsədi güdülür.
Layihə çərçivəsində internetdə və sosal şəbəkələrdə aktiv olan, amma ictimai və hüquqi məsuliyyət baxımından problemləri olan yeniyetmə və gənclərin bu sahədə bilik və bacarıqlarını artırmaq, onları düzgün yönləndirmək və vərdişlər qazandırmaq üçün “Sosial şəbəkələrdə və yeni mediada düzgün iştirak” mövzusunda Bakıda səkkiz dəfə təlim keçirilib. Bundan başqa jurnalist olmaq istəyən gənclər üçün “Jurnalist olmaq istəyən gənclərin və tələbələrin yeni media vasitələrindən hüquqi və ictimai məsuliyyət baxımından düzgün yararlanması” mövzusunda təlimlər keçirilib.
banner

Oxşar Xəbərlər