• çərşənbə axşamı, 16 aprel, 10:44
  • Baku Bakı 14°C

Yeni maliyyə və iqtisadiyyat portalı fəaliyyətə başladı

01.03.17 18:57 921
Yeni maliyyə və iqtisadiyyat portalı fəaliyyətə başladı
Azərbaycanda yeni informasiya portalı fəaliyyətə başlayıb. Portalın əsas veb-resursu olan www.ecofin.az saytı bu gündən etibarən oxucuların istifadəsinə verilib.
"EcoFin” (Economics and Finance) maliyyə və iqtisadiyyat sektorunun bütün sahələrini, o cümlədən vergi, bank, sığorta, biznes, turizm, kənd təsərrüfatı, sənaye, nəqliyyat, informasiya-kommunikasiya texnologiyaları, əmlak, habelə biznes, sosial və digər maraqlı sahələr üzrə ölkədə və dünyada baş verən ən vacib yenilikləri və xəbərləri öz oxucularına təqdim edir.
Azərbaycanda iqtisadiyyat və maliyyə xəbərlərinin əsas mənbəyinə çevrilməyi hədəfləyən portalda gündəlik xəbərlərlə yanaşı, video və foto görüntülər, aylıq və rüblük təhlillər, eləcə də müvafiq sahələrin mütəxəssisləri olan jurnalist və ekspertlərin analitik yazıları da dərc olunacaq.
Həmçinin, portalın rəsmi Facebook səhifəsinin izləyiciləri ən maraqlı xəbərləri sosial şəbəkədə operativ şəkildə əldə edə və öz fikirlərini paylaşa bilərlər.
"EcoFin” portalının baş redaktoru Fuad Qasımovdur.
banner

Oxşar Xəbərlər