AZE | RUS | ENG |


Yeni lüğətdə süni, qondarma sözlər yer almayacaq

Yeni lüğətdə süni, qondarma sözlər yer almayacaq
“Alqı-satqı” sözünün “alğı-satqı” yazılması təklifi məqbul sayılıb

Azərbaycan Milli Elmlər Akademiyası (AMEA) Nəsimi adına Dilçilik İnstitutunda Orfoqrafiya Komissiyasının növbəti iclası keçirilib.
 
İnstitutun İctimaiyyətlə əlaqələr şöbəsindən APA-ya verilən məlumata görə, iclasda "Azərbaycan dili orfoqrafiya qaydalarının təlim və tərtib prinsipləri” müzakirə olunub.
 
Dilçilik İnstitutunun direktoru, akademik Möhsün Nağısoylu bildirib ki, "Azərbaycan dilinin orfoqrafiya qaydaları” layihəsi AMEA Rəyasət Heyətinin 28 dekabr 2017-ci il tarixində keçirilən iclasında müzakirə olunub və çap üçün tövsiyə edilib.
 
Sonra yeni "Orfoqrafiya lüğət”ində ediləcək bəzi dəyişikliklər də diqqətə çatdırılıb. "Əsgər” sözünün "əskər”, "alqı-satqı” sözü " alğı-satqı” yazılması təklifi məqbul sayılıb. Bildirilib ki, yeni lüğətdə süni, qondarma sözlər yer almayacaq.
 
Orfoqrafiya Komissiyası müzakirələrini bundan sonra da davam etdirəcək. 





Paylaş:

Facebook-da

Reklam

Xəbər lenti

Valyuta məzənnəsi

Tipi Ədə. Adı AZN
IRR 100 İran rialı 0.0041
GEL 1 Gürcü larisi 0.6699
GBP 1 İngilis funt sterlinqi 2.3661
TRY 1 Türk lirəsi 0.4512
KWD 1 Küveyt dinarı 5.6551
SEK 1 İsveç kronu 0.2123
EUR 1 Avro 2.0849
CHF 1 İsveçrə frankı 1.7768
USD 1 ABŞ dolları 1.7001