AZE | RUS | ENG |

"Yeni iş yerlərinin açılmasına milyardlarla manat investisiya qoyulur"

2016-cı ildən indiyədək Azərbaycanda ümumi dəyəri 3 milyard manat olan 345 layihə investisiyaların təşviqi sənədi alıb.

Trend-in məlumatına görə, bunu "Vergilər. Şəffaflıq. İnkişaf” forumunda iqtisadiyyat naziri Şahin Mustafayev deyib.

Nazir bildirib ki, bu layihələr 22 min yeni iş yerinin açılmasına xidmət edəcək.

Onun sözlərinə görə, investisiyaların təşviqi mexanizmi ölkənin qeyri-neft sektoruna özəl investisiyaların ciddi şəkildə artmasına yol açıb:

"Həyata keçirilmiş məqsədyönlü tədbirlər nəticəsində 2018-ci ümumi daxili məhsulda özəl sektorun payı 84 faizə, məşğulluq sektorunda isə 76 faizə çatıb”.

Ş.Mustafayev əlavə edib ki, 2015-ci ildən etibarən reallaşdırılan özəl sektorun inkişafı ilə bağlı yeni qərarlar dayanıqlı inkişaf baxımından strateji xarakter daşıyır və sahibkarlığın inkişafının yeni dövrünü xarakterizə edir:

"Azərbaycan Prezidenti İlham Əliyevin tapşırığına əsasən, 2021-ci ilədək sahibkarlıq sahəsində yoxlamalar dayandırılıb, lisenziyalaşdırılan sahibkarlıq sahələrinin sayı azaldılıb, prosedurlar sadələşdirilib. Bundan başqa, vergi, gömrük və sosial sistemlərdə islahatlar başlayıb”.




Paylaş:

Facebook-da

Reklam

Xəbər lenti

Valyuta məzənnəsi

Tipi Ədə. Adı AZN
USD 1 1 ABŞ dolları 1.7
EUR 1 1 Avro 1.9008
GEL 1 1 Gürcüstan larisi 0.6128
GBP 1 1 İngiltərə funt sterlinqi 2.1523
IRR 100 100 İran rialı 0.004
SEK 1 1 İsveç kronu 0.1767
CHF 1 1 İsveçrə frankı 1.6933
KWD 1 1 Küveyt dinarı 5.5837
TRY 1 1 Türkiyə lirəsi 0.2779