• cümə, 26 Aprel, 00:56
  • Baku Bakı 16°C

Yeni il, yeni film və yeni oyun

24.12.13 14:07 1725
Yeni il, yeni film və yeni oyun
Yaxşılıq et, balığı at dəryaya, balıq bilməsə də, xaliq bilər... Bu günlərdə nümayişi başlanacaq “Yolkalar-3” filminin qayəsini demək olar ki, bu misal təşkil edir. Media əhli həmin filmə premyerasından bir neçə gün öncə baxmaq imkanı qazandı. “Park Bulvar” AVM və Park Cinema-nın jurnalistlər üçün təşkil etdiyi əyləncəli gecənin sonu məhz bu filmin nümayişi ilə başa çatdı.
“Park Bulvar”ın dördüncü mərtəbəsində təşkil olunan açıq mərasimin özü də kifayət qədər maraqlı keçdi. DJRimasın musiqili kompozisiyaları altında baş tutan görüşdə “Yolkalar-3” filminə aid blits-viktorina da keçirildi, qaliblər “Park Bulvar”dan hədiyyələr qazandılar.
Həmin gecə jurnalistlər kino aləminə dair daha bir yeniliklə tanış oldular. Belə ki, birbaşa cinema salonunda kinosevərlər üçün “MovieStar” mobil oyununun təqdimatı keçirildi. Bu gündən etibarən istifadəyə verilən bu oyunda iştirakçılar müxtəlif kadrların hansı filmə aid olduğunu 10 saniyə ərzində tapıb xal toplayırlar. Yığılan ballar hesabına sonda Park Cinema-dan hədiyyə qazanmaq mümkündür. Oyunu Android və İOS üçün Apple Store cə Google Play-dan yükləmək olar. Lakin “MovieStar” həmçinin Facebook hesabından da oynamaq imkanı olacaq. Beləliklə, ”Park Cinema” Yeni il ərəfəsində hər bir kəsə bu oyunu oynayıb bilet qazanmaq və kino seyr etmək imkanı yaradır.
banner

Oxşar Xəbərlər