AZƏRBAYCANDA KORONAVIRUSLA BAĞLI XƏBƏRLƏR

Yeni il hədiyyələri ilə bağlı yoxlamalara başlanılacaq

Yeni il hədiyyələri ilə bağlı yoxlamalara başlanılacaq

Təfsilat
05 Dekabr 2012, 08:48 6066
Səhiyyə Nazirliyi Respublika Gigiyena və Epidemiologiya Mərkəzi dekabrın 20-dən sonra ticarət mərkəzlərində uşaqlar üçün satılan Yeni il hədiyyələri ilə bağlı yoxlamalara başlayacaq. Bunu Trend-ə Mərkəzin Qidalanma gigiyenası bölməsinin müdiri İmran Abdullayev deyib.

Onun sözlərinə görə, yaxın vaxtlarda bununla bağlı RGEM-in yerli şöbələrinə tapşırıqlar veriləcək. Yoxlamalar zamanı Yeni il hədiyyələrinə daxil edilən qidaların təhlükəsizlik göstəriciləri yoxlanılacaq. Yoxlama seçmə üsulla aparılacaq.

"Bu hədiyyələrin içinə qoyulan qidalar köhnə olmamalı, onların istifadə müddəti bitməməlidir. Yoxlama zamanı da əsas diqqət həmin məsələlərə yönəldiləcək", - mərkəz rəsmisi deyib.

Abdullayev əlavə edib ki, yoxlama zamanı Yeni il hədiyyələrində nöqsanlar aşkarlanarsa, həmin partiya hədiyyələrin satışına qadağa qoyula bilər. Eyni zamanda, belə hala yol verən sahibkar və ya fiziki şəxs 200 manatdan 400 manata qədər cərimələnəcək.