• cümə, 29 Mart, 05:26
  • Baku Bakı 7°C

Yeni idarəetmə modeli hazırlanır

07.02.19 15:30 627
Yeni idarəetmə modeli hazırlanır
Prezident İlham Əliyevin 2018-ci il 10 dekabr tarixli Fərmanına uyğun olaraq, övladlığagötürmə sahəsində idarəetmənin təkmilləşdirilməsi məqsədilə Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tərəfindən müvafiq plan əsasında işlər davam etdirilir.
Nazirliyin ictimaiyyətlə əlaqələr şöbəsindənAZƏRTAC-a verilən məlumata görə, yaradılmış işçi qrup tərəfindən bır sıra yerli və xarici mütəxəssislərlə, QHT-lər, həmçinin UNICEF və digər bir sıra beynəlxalq təşkilatlarla intensiv məsləhətləşmələr aparılır.
Bundan başqa beynəlxalq konsaltinq şirkəti olan "McKinsey&Company”, valideyn himayəsindən məhrum olmuş uşaqların maraqlarına xidmət etməklə övladlığa götürülmə mövzusunda beynəlxalq təcrübənin araşdırılmasında və tətbiq edilməsində könüllü şəkildə dəstək göstərir. Əməkdaşlıq çərçivəsində övladlığagötürmə sahəsində prosesin təkmilləşdirilməsi və bu prosesdə şəffaflıq və çevikliyin təmin edilməsi, stimullaşdırıcı mexanizmlərə dair təkliflərin hazırlanması və s. ilə əlaqədar beynəlxalq təcrübə öyrənilir.
Hazırda övladlığagötürmə sahəsində qabaqcıl beynəlxalq təcrübə və yerli reallıqlar əsasında yeni idarəetmə modeli hazırlanır.
banner

Oxşar Xəbərlər