• çərşənbə, 24 Aprel, 22:34
  • Baku Bakı 23°C

Yeni hüquq dərsliyi çap edilib

21.11.13 14:17 2127
Yeni hüquq dərsliyi çap edilib
Azərbaycan Gənc Hüquqşünaslar Birliyi (AGHB) Gənclər və İdman Nazirliyi tərəfindən maliyyələşdirilən “Yeni hüquq ədəbiyyatı” layihəsi çərçivəsində Vüqar Əsgərov və Elvin Əliyevin birgə müəllifliyi ilə “Dövlət qulluğuna qəbul üzrə qanunvericilik toplusu və test tapşırıqları” hüquq dərsliyini çap edib.
AGHB-nin Azərbaycan Hüquqşünasları Konfederasiyası (AHK) ilə əməkdaşlığı nəticəsində 1000 tirajla çap edilən kitab pulsuz olaraq gənc hüquqşünaslar, tələbələr, hüquq sahəsi üzrə təlim keçirən QHT-lərə, dövlət həmçinin digər aidiyyəti qurum və şəxslərə paylanacaq. Dərsliyin cildində “YARAT!” Müasir İncəsənət Məkanının rəssamı Fəxriyyə Məmmədovanın əsəri yer alıb ki, bu da incəsənətlə hüququn harmoniyasını yaratmaqla yanaşı, həm də hüququn müasir incəsənətə verdiyi dəstəkdir. Bu, sənətin populyarlaşması, sənətin bütün təbəqələr tərəfindən qəbuluna, tanınmasına töhfələr verir, sənətin, gənc rəssamlığın inkişafı üçün mühüm əhəmiyyət kəsb edir.
Qeyd edək ki, 2013-cü ilin sentyabr ayının 15-dək olan əlavə və dəyişikliklərlə çap olunmuş normativ hüquqi aktlar toplusunda “Normativ hüquqi aktlar haqqnda” Azərbaycan Respublikasının Konstitusiya Qanunu, Azərbaycan Respublikasının Əmək Məcəlləsi ixtisarlarla verilib. İxtisarla verilmədə məqsəd namizədlərin qeyd edilən normativ aktlar üzrə biliklərinin test imtahanında yalnız təqdim edilmiş mövzular (maddələr) üzrə yoxlanılması ilə bağlıdır. “Dövlət qulluğu hаqqındа” Аzərbаycаn Rеspublikаsı Qаnunundа qеyd оlunmuş «müvаfiq icrа hаkimiyyəti оrqаnı»nın hаnsı оrqаn оlmаsı da təqdim оlunаn tоpludа аçıqlаnıb. Bunu nəzərə аlаrаq “Dövlət qulluğu hаqqındа” Аzərbаycаn Rеspublikаsı Qаnunun tətbiq оlunmаsı bаrədə müvаfiq fərmаnlаr tоpludа vеrilməyib. “Müvаfiq icrа hаkimiyyəti оrqаnı” dеdikdə hаnsı оrqаn nəzərdə tutulduğunun da təqdim оlunаn tоpludа аçıqlаnmаsı nаmizədlərin tеst imtаhаnı mərhələsinə dаhа yахşı hаzırlаşmаlаrınа imkаn yаrаdır. Eyni zamanda, topluda test tapşırıqları da verilib. Test tapşırıqları isə dövlət qulluğuna qəbul üçün keçirilən müsabiqələrin test imtahanı mərhələsi üçün müəyyən edilmiş qanunvericilik proqramına uyğun olaraq hər bir normativ akt üzrə hazırlanıb. Təqdim olunan test tapşırıqlarının məqsədi dövlət qulluğuna qəbula hazırlaşan şəxslərin müvafiq qanunvericilik üzrə biliklərinin yoxlanılması və qiymətləndirilməsindən ibarətdir.
R.İSMAYILOV
banner

Oxşar Xəbərlər