• şənbə, 20 Aprel, 16:49
  • Baku Bakı 23°C

Yeni gənclər təşkilatı yaradılıb

19.05.14 08:46 1087
Yeni gənclər təşkilatı yaradılıb
Bununla əlaqədar bu gün keçirilən tədbirdə qeyd olunub ki, yeni təşkilat “Düşüncə” Gənclərin İnkişafına Dəstək” İctimai Birliyi adlanır.
Tədbirdə çıxış edən İctimai Birliyin sədri Emil Hüseynli bildirib ki, hər bir ölkədə, o cümlədən Azərbaycanda gənclər siyasətinin xüsusi çəkisi var: “Sözsüz ki, gənclərin mənəvi-əxlaqi tərbiyyəsi, gənclərin sağlamlığının qorunması və fiziki inkişafı, vətənpərvər gənclər ordusunun yaradılması, istedadlı gənclərə qayğı, savadlı gənclərimizin dünyaya intiqrasiyası aktual məsələ olaraq qalır. Bu gün hər bir azərbaycanlının bu istiqamətdə gənclərimizə dəstək olması vətəndaş borcudur”.
E. Hüseynli bildirib ki, yaranan yeni birliyin əsas məqsədi gənclərin inkişafına və maarifləndirilməsinə kömək etmək, gənclərin inkişafı ilə bağlı istər dövlət, istərsə də beynəlxalq təşkilatlar tərəfindən həyata keçirilən tədbirlərə dəstək vermək, gənclər arasında milli-mənəvi dəyərləri, sağlam həyat tərzini aşılamaq, gənclərin müasir texnologiyalardan istifadə imkanlarının genişlənməsinə yardım etməkdir.
Onun sözlərinə görə, “Düşüncə” Gənclərin İnkişafına Dəstək” İctimai Birliyi Ədliyyə Nazirliyi tərəfindən dövlət qeydiyyatına alınıb.
banner

Oxşar Xəbərlər