“Yeni Üfüq” Ramazan ayı münasibəti ilə silsilə tədbirlərə başlayıb
"Yeni Üfüq” Mənəvi İrsin Təbliği İctimai
Birliyi müqəddəs Ramazan ayı münasibəti ilə xeyriyyə tədbirlərinə start verib.
Tədbirdə ölkənin bir qrup fəal qadınları, habelə şəhid və qazi ailələri iştirak edib.
Birlikdənverilən məlumata görə, "Yeni Üfüq” ilk iftar süfrəsini təşkil
edib. Təşkil edilən iftar süfrəsində müqəddəs Qurani-Kərimdən ayələr oxunub,
şəhidlərin ruhuna dualar edilib.
Xeyriyyə tədbirində çıxış edən təşkilatın
sədri Sevinc Əzimbəyli mübarək Ramazan ayının mənəvi fəzilətlərindən geniş söz
açıb. O, bu ayın mərhəmət, rəhmət, bərəkət, bağışlanma ayı olduğunu dilə
gətirib. S.Əzimbəylinin sözlərinə görə, Ramazan ilahidən bəndələrinə müjdə
olaraq verilmiş bir fürsətdir: "Bu mübarək günlərdə Vətənin, dövlətin daim var
olması, eləcə də doğma Qarabağın tezliklə azad olmasını Allahdan dualarımızla təmənna
etməliyik. Onu da qeyd edim ki, Müqəddəs Ramazan ayı münasibətilə təşkilatımız
tərəfindən silsilə tədbirlərə başlamışıq. Silsilə xeyriyyə tədbirlərinin
keçirilməsində təşkilatımıza dəstək olan "Cənnət” şirkətinə təşəkkürümüzü
bildiririk”.
Tədbirdə ölkənin bir qrup fəal qadınları, habelə şəhid və qazi ailələri iştirak edib.