• çərşənbə axşamı, 19 mart, 15:02
  • Baku Bakı 8°C

“Yeni Üfüq” Qubada növbətini tədbirini keçirdi - Fotolar

25.09.17 13:15 955
“Yeni Üfüq” Qubada növbətini tədbirini keçirdi - Fotolar
"Yeni Üfüq” Mənəvi İrsin Təbliği İctimai Birliyi ölkə boyunca "İslam Həmrəyliyi – Azərbaycan nümunəsi” adlı silsilə tədbirlərini uğurla davam etdirir. Birlikdən verilən məlumata görə, "Yeni Üfüq” layihə çərçivəsində növbəti tədbirini Quba şəhər mədəniyyət evində keçirib.

Tədbirin əhəmiyyəti barədə danışan təşkilatın sədri Sevinc Əzimbəyli bildirib ki, Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev ölkəmizdə 2017–cı ili "İslam Həmrəyliyi İli” elan edib: "Bu ilin "İslam Həmrəyliyi İli” kimi elan olunması ölkəmizdə birlik və bərabərliyimizin birbaşa dövlət başçısı tərəfindən himayə olunması deməkdir. Digər tərəfdən İslam həmrəyliyinin qorunması ölkədə sabitliyin və əmin-amanlığın davamlı zəmanətidir. Həmrəylik qloballaşan dünyada mədəniyyətlərin dialoqunun ən yüksək zirvəsidir”.

Qarabağ Seyid Ocaqlarının rəhbəri, şərqşünas Seyid Camal Əzimbəyli tədbirdə çıxış edərək 2017-ci ilin "İslam Həmrəyliyi İli” elan edilməsini hər bir ölkə vətəndaşı üçün sevindirici hadisə adlandırıb: "İslam həmrəylinin qorunması ölkəmizdə yaşayan müxtəlif xalqların nümayəndələrinin mədəniyyət hüquqlarının tanınması üçün uyğun siyasətdir. Unutmamalıyıq ki, dini və milli dözümlülüyün qorunması Azərbaycan dövlətinin ən böyük uğuru, eləcədə milli təhlükəsizliyimizin zəmanətidir”.

Tədbirdə Quba şəhər İcra Hakimiyyətinin nümayəndəsi Tariyel İbrahimov, Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin Quba bölgəsi üzrə təmsilçisi Elnur Ağasiyev, şəhər ağsaqqalar şurasının sədri Həsən Günəşli, din xadimləri, ictimaiyyət nümayəndələri və gənclər iştirak ediblər.


banner

Oxşar Xəbərlər