• cümə axşamı, 25 aprel, 10:36
  • Baku Bakı 14°C

“Yeni Üfüq” Qarabağ qazilərini ziyarət edib

18.07.14 14:16 1332
“Yeni Üfüq” Qarabağ qazilərini ziyarət edib
Bu gün “ Yeni Üfüq” Mənəvi İrsin Təbliği İctimai Birliyi “Qarabağ Qaziləri” İctimai Birliyinin üzvlərini ziyarət edib. Kaspi.az-ın məlumatına görə, görüşdə iştirak edən Qarabağ Seyid Ocaqlarının təmsilçisi Seyid Camal Əzimbəyli qarşıdan gələn Ramazan bayramı münasibətilə vətən uğrunda döyüşmüş qaziləri təbrik edib.
O, hər bir ölkə vətəndaşının qazi və şəhid ailələrinə mənəvi baxımdan borclu olduğunu bildirib. Seyid Camal milli birlik və bərabərliyimiz, torpaqlarımızın işğaldan azad olunması üçün dualar edib. Daha sonra “Qarabağ Qaziləri” İctimai Birliyinin sədri Etimad Əsədov çıxış edərək qazi və şəhid ailələrini hər zaman diqqətdə saxladığına görə “Yeni Üfüq” İctimai Birliyinin sədri Sevinc Əzimbəyliyə təşəkkür edib: “Belə tədbirlərin ardıcıl olaraq həyata keçirilməsi, insanlarımız tərəfindən xatırlandığımızı görmək biz qaziləri sevindirir. “Yeni Üfüq” gənclərinin şəhidlərin adına olan lövhələrini silmələri, ziyarət etdikləri şəhid məzarlarının ətrafını təmizləmələri gənclər arasında milli şüurun formalaşmasında əhəmiyyətli addımlardır”
Görüşdə qazilərə “Yeni Üfüq”ün Ramazan hədiyyələri verilib.
banner

Oxşar Xəbərlər