• çərşənbə axşamı, 23 aprel, 21:35
  • Baku Bakı 20°C

“Yeni Üfüq” paytaxtın zəhmətkeş insanlarını ziyarət etdi

15.05.19 11:43 536
“Yeni Üfüq” paytaxtın zəhmətkeş insanlarını ziyarət etdi
"Yeni Üfüq” Mənəvi İrsin Təbliği İctimai Birliyi müqəddəs Ramazan ayı boyunca Bakıda xeyriyyə aksiyalarını uğurla davam etdirir.

Birlikdən verilən məlumatına görə, təşkilatın rəhbəri Sevinc Əzimbəyli bu gün öz ailəsi şərqşünas Seyid Camal Əzimbəyli ilə birlikdə səhər tezdən, imsak vaxtı Bakının təmizliyinin keşiyində duran zəhmətkeş insanları Müqəddəs Ramazan ayı münasibətilə ziyarət ediblər. Paytaxtın müxtəlif küçə və prospektlərində çalışan bu fədakar insanlara Ramazan sovqatı paylayıblar.

Akasiya zamanı təşkilat sədri S.Əzimbəyli bildirib ki, Ramazan ayı bağışlanma və fürsət ayıdır: "Biz bu mübarək ayda demək olar ki, hər gün çoxlu sayda şəhid və qazi ailələrini ziyarət edirik. Bu gündə orucluğun ən bərəkətli çağında, imsakda daha çox borclu olduğumuz doğma şəhərimizin daima təmizliyinin keşiyində duran cəfakeş insanları sevindirməyi qərara aldıq. Xeyirsevər aksiyamızın həyata keçməsində birliyimizə təmənnasız dəstək verən "Cənnət” şirkətinə, eləcə də şirkətin dəyərli rəhbərliyinə öz təşəkkürümü bildirirəm. Bütün zənginləri ilahi fürsət ayında imkansızları sevindirməyə səsləyirəm. Unutmamalıyıq ki, Allah dərgahında heç bir savab əməl cavabsız qalmaz”.
Qeyd edək ki, paytaxtın təmizliyini qoruyan insanlar diqqət və qayğıya görə təşəkkür ediblər.




banner

Oxşar Xəbərlər