AZƏRBAYCANDA KORONAVIRUSLA BAĞLI XƏBƏRLƏR

“Yeni Üfüq” Neftçalada tədbir keçirdi

“Yeni Üfüq” Neftçalada tədbir keçirdi

Cəmiyyət
25 Oktyabr 2016, 15:22 899
"Yeni Üfüq” Mənəvi İrsin Təbliği İctimai Birliyi Neftçalada Heydər Əliyev mərkəzində "Azərbaycan xalqının multikultural və tolerant dəyərlərinin cəmiyyətdə təbliği” adlı növbəti tədbirini keçirib. 

Birlikdən verilən məlumata görə, tədbirin əhəmiyyəti barədə danışan təşkilatın sədri Sevinc Əzimbəyli bildirib ki, 2016-cı il "Multikulturalizm ili” elan edilib: 

"Bu yanaşma multikulturalizmin ən üstün modeli olan ölkəmizin inkişafının tarixi reallıqları ilə həm də müasir dünya sivilizasiyası  məkanı və zamanı daxilində Azərbaycanın davamlı inkişaf tələbatları ilə elmi cəhətdən əsaslandırılıb. Multikultural dəyərlərin qorunması və ona diqqət və qayğı göstərilməsi Azərbaycanın ən böyük uğurudur".  

Qarabağ Seyid Ocaqlarının rəhbəri, şərqşünas Seyid Camal Əzimbəyli  çıxış edərək bildirib ki, əsrlərdir Azərbaycanda hökm sürən milli və dini tolerant münasibətlərin bu gün də dövlətimiz tərəfindən mühafizə edilməsi xalqımız üçün qürurvericidir:
 
"Qloballaşan dünyada heç bir ölkənin təsir dairəsinə düşməyən Azərbaycan dövlətini zədələməyə çalışan xarici qüvvələrə satılan bir qrup xain insana heç bir halda fürsət verməməliyik. Unutmamalıyıq ki, milli mənafelərimizin qorunmasının bir yolu da tolerant dəyərlərin mühafizə edilərək yaşadılmasından kecir”.

Tədbirdə Neftçala rayon İcra Hakimiyyətinin əməkdaşı Fərid Əhmədov, Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin şirvan bölgəsi üzrə təmsilçisi Yusif Yusifli, rayon ziyalıları və fəal gənclər iştirak edib.