• cümə, 29 Mart, 02:12
  • Baku Bakı 7°C

Yeni ərazi ilk partiya təşkilatı təsis edilib

14.05.15 13:09 854
Yeni ərazi ilk partiya təşkilatı təsis edilib
Yeni Azərbaycan Partiyası (YAP) Binəqədi rayon Təşkilatı tərəfindən Binəqədi rayonu “VAQA” LTD müəssisəsində yeni ərazi ilk partiya təşkilatının təsis edilməsi ilə əlaqədar tədbir keçirilib. Tədbirdə YAP Binəqədi rayon Təşkilatının sədri Ramiz Göyüşov, rayon partiya təşkilatının əməkdaşları, “VAQA” LTD müəssisəsinin direktoru Qadir Əkbərov və partiya sıralarına qoşulmaq istəyən müəssisə əməkdaşları iştirak ediblər.
Tədbiri giriş sözü ilə açan müəssisənin direktoru Qadir Əkbərov müəssisədə YAP Binəqədi rayon Təşkilatının ərazi ilk partiya təşkilatının təsis olunmasının əlamətdar hal olduğunu qeyd edib. O ümummilli lider Heydər Əliyevin əsasını qoyduğu və bügünkü Azərbaycanın inkişafında mühüm rol oynayan, dövlət orqanları üçün kadr bazasına çevrilmiş Yeni Azərbaycan Partiyasının cəmiyyətin və dövlətin davamlı inkişafındakı rolundan danışıb. Ümummilli lider Heydər Əliyevin 1993-cü ildə xalqın tələbi ilə yenidən hakimiyyətə gəlişindən sonra Azərbaycanı xilas etdiyini bildirib. O müəssisədə ərazi ilk partiya təşkilatının yaradılmasının burada partiya sıralarına qoşulmaq istəyən şəxslər üçün mühüm imkan yaratdığını vurğulayıb.
Sonra təşkilati məsələlərə - ilk olaraq YAP Nizamnamsinə uyğun olaraq 3 partiya üzvünün təşəbbüsü ilə müəssisədə ərazi ilk partiya təşkilatının yaradılması məsələsinə baxılıb. Partiyanın üzvü, Zamiq Əzizov ərazi ilk partiya təşkilatının sədri, Qadir Əkbərov isə sədr müavini seçilib. Daha sonra partiya sıralarına qəbulla bağlı müraciət etmiş şəxslərin məsələsinə baxılıb.
Tədbirdə çıxış edən YAP Binəqədi rayon Təşkilatının sədri Ramiz Göyüşov yeni ərazi ilk partiya təşkilatının təsis edilməsi ilə əlaqədar tədbir iştirakçılarını təbrik edib. O YAP Binəqədi rayon Təşkilatının fəaliyyəti, həyata keçirilən tədbirlər və qarşıda duran vəzifələrlə bağlı ətraflı məlumat verib. Ramiz Göyüşov Yeni Azərbaycan Partiyasının yaranması haqda danışıb, partiyanın dövlətin və xalqın çətin günlərində ulu öndər tərəfindən yaradıldığını qeyd edib. Rayon partiya təşkilatının sədri yeni təsis edilmiş ərazi ilk partiya təşkilatının rayonda həyata keçirilən partiya işində fəal olacağına inamını ifadə edib.
Kaspi.az

banner

Oxşar Xəbərlər