Yeni dərs ilinə hazırlıq: təmir-tikinti işləri
Paytaxt məktəblərində yeni dərs ilinə hazırlıq işləri davam edir. Hazırda 6 məktəbdə təmir-tikinti işləri aparılır, 1
məktəb üçün yeni binanın tikintisi başa çatdırılıb, 6 məktəbdə isə mövcud
binlaların və köhnə korpusların yenilənməsi, əlavə korpusun tikintisi işləri
planlaşdırılır. Belə ki, 39, 113, 129 nömrəli tam orta məktəblərdə əsaslı təmir
işləri aparılır, 101 nömrəli tam orta məktəb üçün yeni binanın tikintisi həyata
keçirilir. Həmçinin 300 nömrəli tam orta məktəb üçün əlavə korpusun tikintisi
davam etdirilir. 208 nömrəli tam orta məktəbin isə bütövlükdə binasının
sökülərək yenidən tikintisi həyata keçirilir. Bundan əlavə, ehtiyac olan
ərazidə daha bir yeni məktəb (161 nömrəli tam orta məktəb) binasının tikintisi
başa çatdırılıb. Həmçinin 154 və 205 nömrəli məktəblərin sökülərək yenidən
tikintisi, 90, 97 və 155 nömrəli tam orta məktəblərin isə köhnə korpuslarının
sökülərək yenidən tikintisi nəzərdə tutulur, 251 nömrəli tam orta məktəb üçün
əlavə korpusun tikintisi planlaşdırılır. Hazırda həyata keçirilən bütün təmir
və tikinti işlərinin yeni tədris ili başlayana qədər başa çatdırılması nəzərdə
tutulur.