• çərşənbə axşamı, 19 mart, 13:26
  • Baku Bakı 8°C

Yeni Azərbaycan Partiyası gəlirlərini və xərclərini açıqladı

19.01.18 15:30 561
Yeni Azərbaycan Partiyası gəlirlərini və xərclərini açıqladı
2017-ci ildə Yeni Azərbaycan Partiyasının (YAP) gəlirləri 8 315 436 manat olub. Trend-in məlumatına görə, bu barədə YAP-ın İdarə Heyətinin iclasında bildirilib.
Qeyd olunub ki, bunun 7 173 280 manatını üzvlük haqları, 1 142 156 manatını büdcədən siyasi partiyalara ayrılan dövlət dəstəyindən Yeni Azərbaycan Partiyasına düşən pay təşkil edib.
YAP-ın hesabına daxil olan maliyyə vəsaitinin 4 202 663 manatı partiyanın İcra Katibliyinin və yerli təşkilatlarının əməkdaşlarının əməkhaqqının ödənilməsinə, 713 757 manatı partiya və onun yerli təşkilatlarının, gənclər və qadınlar təşkilatlarının keçirdiyi tədbirlərin maliyyələşməsinə, xeyriyyə aksiyalarına, 42 785 manatı ezamiyyə xərclərinə, 204 302 manatı invertarların alınmasına, 4 419 586 manatı tikinti və təmir işlərinə, 421 317 manatı kommunal və təsərrüfat xərclərinə, 242 535 manatı yanacaq və avtomobillərə xidmət işlərinə, 59 930 manatı bank xidmətinə, 50 385 manatı dəftərxana xərclərinə, 38 285 manatı çap işlərinə, 104 986 manatı isə sair xərclərə sərf edilib.
banner

Oxşar Xəbərlər