• cümə, 19 Aprel, 22:28
  • Baku Bakı 24°C

Yenə yağış yağacaq - Proqnoz

28.10.14 13:06 970
Yenə yağış yağacaq - Proqnoz
Oktyabrın 29-da Bakıda və Abşeron yarımadasında buludlu hava şəraitinin üstünlük təşkil edəcəyi, havanın səhər çiskinli olacağı, axşama doğru bəzi yerlərdə yağış yağacağı ehtimal olunur.
Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Departamentindən APA-ya verilən məlumatına görə, şimal-şərq küləyi əsəcək.
Havanın temperaturunun gecə 7-10, gündüz 12-15 dərəcə isti olacağı gözlənilir. Atmosfer təzyiqi normadan yüksək - 768 mm civə sütunu, nisbi rütubət gecə 85-95, gündüz 60-70 faiz təşkil edəcək.
Azərbaycanın rayonlarında bəzi yerlərdə duman, çiskin olacağı, şərq rayonlarında isə arabir yağış yağacağı gözlənilir. Şərq küləyi əsəcək. Havanın temperaturunun gecə 5-10, gündüz 12-17, dağlarda gecə 0-5 dərəcə isti, bəzi yerlərdə 3 dərəcə şaxta, gündüz 5-10 dərəcə isti olacağı gözlənilir.
banner

Oxşar Xəbərlər