• cümə axşamı, 28 mart, 20:55
  • Baku Bakı 13°C

Yenə də Salah

09.01.19 11:35 561
Yenə də Salah
Afrikada 2018-ci ilin ən yaxşı futbolçusunun adı açıqlanıb.
Kaspi.az xəbər verir ki, "Liverpul”un futbolçusu Məhəmməd Salah Afrikada ilin ən yaxşı futbolçusu seçilib. O, bu titula ikinci il dalbadal layiq görülüb.
Mükafatlandırma mərasimi Dakarda keçirilib. Salah səsvermədə həmkulubu Sadio Maneni və "Arsenal”ın hücumçusu Pyer-Emerik Obameyanqı geridə qoyub.
26 yaşlı Salah ötən mövsüm İngiltərə Premyer Liqasında bombardir olub. O, 36 oyunda 32 qol vurub. Məhəmməd cari mövsümdə 13 dəfə fərqlənib.
banner

Oxşar Xəbərlər